Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Spirtli içkilərin yeni təhlükəsi aşkarlandı

Normadan artıq spirtli içki qəbulu, həmçinin, xroniki alkoqolizm insan genlərinin aktivliyində uzunmüddətli dəyişikliklərə yol aça bilər

ABŞ-ın Ratqer Universitetinin alimləri belə bir nəticəyə gəlib.

Araşdırmanın nəticələri "MedicalXpress" nəşrində dərc olunub.

Mütəxəssislər davranışın tənzimlənməsində iştirak edən PER2 və POMC genlərini tədqiq edib. Birinci insan orqanizminin bioloji saatına cavab verir, ikincisi stressə reaksiya formalaşdırır.

Tədqiqatda orta və normadan artıq spirtli içki qəbul edənlər və içki düşkünləri iştirak edib.

Alimlər bu qruplar arasında PER2 və POMC genlərinin metilasiya (epigenetik tənzimləmə prosesi) dərəcəsini müqayisə edib.

Metilasiya zamanı DNT-yə metil qruplar qoşulur ki, bu da genlərin aktivlik səviyyəsini dəyişir. Məlum olub ki, içki düşkünlərində genlərin fəaliyyətinə mənfi təsir göstərən, onların zülal ifraz etmə sürətini aşağı salan yüksək metilirasiya səviyyəsi müşahidə olunur.

Spirtli içki qəbulu dəyişikliklərə düz mütənasibdir. Yəni insan nə qədər çox alkoqol qəbul edərsə, genlərdəki dəyişikliklər o qədər güclü olacaq. Bundan başqa, tədqiqatda stressli vəziyyətin təsvir olunduğu şəkillərə baxdıqdan sonra içki düşkünlərində, orta səviyyədə spirt qəbul edən şəxslərlə müqayisədə alkoqola daha güclü istək müşahidə olunub. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

3 bürcün həyatında tezliklə sevgi macəraları başlayacaq

Ən çox oxunanalar