Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şotlandiya Londonun UNRWA ilə bağlı qərarına tabe olmayacaq

Şotlandiya Hökuməti (Böyük Britaniyanın bir hissəsi) BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) maliyyələşdirməyə davam edəcək...

Poliqon xəbər verir ki, Böyük Britaniya bir sıra digər ölkələrlə birlikdə Qəzza zolağında humanitar yardım göstərən təşkilata vəsaitin ayrılmasını əvvəllər dayandırıb.

"Aydın olmalıdır ki, Şotlandiya hökuməti UNRWA-ya yardımı dayandırmayıb və ya geri götürməyib. Əvvəllər maliyyə imkanlarımız daxilində yardımı təmin edirdik. Biz hər zaman mümkün olan yerlərdə daha çox iş görməyə çalışacağıq və başqalarını Qəzza xalqına yardım göstərməyə davam etməyə təşviq edəcəyik", deyə Şotlandiyanın birinci naziri Həmzə Yusif X sosial şəbəkəsində yazıb.

İsrailin Fələstinin HƏMAS hərəkatının oktyabrın 7-də törətdiyi hücumda agentliyin bir neçə əməkdaşının əli ola biləcəyi ilə bağlı ittihamları fonunda bir sıra ölkələr UNRWA-ya ayrılan maliyyəni dayandırıb. Yardımı dayandıran ölkələr sırasına Avstraliya, ABŞ, Kanada, Hollandiya, Böyük Britaniya, Finlandiya və İtaliya daxildir. Yanvarın 29-da Yaponiya onlara qoşulub.

UNRWA regionda, o cümlədən Qəzza zolağında humanitar yardımın dayandırılması riskinin olduğunu bildirib. Agentlik sanksiyalardan şoka düşüb: ittihamlar yalnız müstəqil araşdırma aparmaq üçün artıq işdən çıxarılan kiçik bir qrup işçiyə qarşı irəli sürülüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar