Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misirdə 4000 illik məzar aşkar edilib

Misirdə Orta Krallığın ən zəngin əyalətlərindən birinin hökmdarının qızının 4000 illik məzarı aşkar edilib...

Arxeoloqlar Misirin Orta Krallığı dövründə (təxminən 2030-1640-cı illərdə) yaşamış yerli hökmdarın qızı İdinin 4000 illik qədim məzarını aşkar ediblər.

Poliqon xəbər verir ki, Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin Facebook-da verdiyi açıqlamada qeyd edib ki, hökmdarın qızı biri digərinin içində olmaqla iki tabutda dəfn edilib.

Los-Ancelesdəki Kaliforniya Universitetinin qədim Misir incəsənəti və memarlığı professoru Ketlin Kuni, Orta Krallığın iki bütöv tabutunun tapılması qeyri-adi bir şey olduğunu bildirib.

Professor “Live Science” nəşrinə verdiyi müsahibədə qeyd edib ki, bu tabutlar nəinki yaxşı qorunub saxlanmış kimi görünür, həm də ölülərə yeraltı dünya səltənətində yol tapmağa kömək edən mürəkkəb yazılarla örtülüb.

İdi Firon I Senusretin dövründə (təxminən eramızdan əvvəl 1961-1917-ci illər) yaşamış və dövrün ən zəngin əyalətlərindən biri olan Assiutun valisi Cefaihapinin qızı olub.

Daha əvvəl İdinin məzarı talan edilsə də, skeletinin hissələri qorunub saxlanılıb. Qalıqların təhlili qadının çox güman ki, 40 yaşından əvvəl öldüyünü və bir ayağında anadangəlmə qüsur olduğunu göstərib.

Açıqlamaya görə, iki tabutdan böyüyünün uzunluğu 2,6 metr, kiçiyinin uzunluğu isə 2,3 metr olub. Arxeoloqlar həmçinin tabut qapağının qalıqları və taxta heykəlciklər aşkar ediblər.

Taxta heykəlciklərdən birində İdi ola biləcək ayaqda duran qadın təsvir edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Ən çox oxunanalar