Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin hava zərbələri Beyrutda iki xəstəxananın bağlanmasına səbəb olub

Beyrutun cənubunda iki xəstəxana İsrailin zərbələri səbəbindən fəaliyyətini dayandırıb...

Livan paytaxtının cənub rayonlarında yerləşən iki xəstəxana İsrailin hava zərbələri səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Poliqon xəbər verir ki, bu barədə “Əl Mayadeen” ərəb telekanalı məlumat yayıb.

Söhbət “Müqəddəs Tereza” xəstəxanasından və “Əl-Rəsul Əl-Azam” xəstəxanasından gedir. Ümumilikdə İsrail aviasiyası Beyrutun cənubuna azı 7 zərbə endirib.

Oktyabrın 7-də İsrail hərbçiləri Qəzza zolağının Deyr əl-Bələh şəhərindəki xəstəxana binasında yerləşən Fələstinin HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzlərinə hücum edib.

Bir gün əvvəl İranyönlü şiə hərəkatı “Hizbullah”ın Livandan İsrailə doğru 120-dən çox mərmi atdığı xəbəri yayılmışdı.

Oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Livanın şiə “Hizbullah” hərəkatına qarşı məhdud quru reydləri elan edib. İsrail ordusu sərhədə yaxın kəndlərdə İsrailin əhali mərkəzləri üçün dərhal təhlükə yaradan “lokallaşdırılmış, hədəflənmiş quru əməliyyatları” aparıldığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Ən çox oxunanalar