Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Kəpəz" - "Neftçi" matçı cari mövsümün ən məhsuldar oyunu olub

Azərbaycan Premyer Liqasının IX turunda baş tutan “Kəpəz” – “Neftçi” matçı cari mövsümün ən məhsuldar oyunu olub...

Poliqon Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəldikləri görüşdə ümumilikdə 7 qol vurulub.

Bunadək ən məhsuldar matçda 6 top qeydə alınıb. VII turun “Səbail” – “Sabah” görüşündə qonaqlar qalib gəliblər – 4:2.

Bununla da “Neftçi” çempionatdakı qələbəsizlik seriyasını 10 oyuna çatdırıb. Ötən mövsümün son turunda “Sabah”a 0:1 hesabı ilə uduzan “ağ-qaralar” cari çempionatın 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.

Mayın 18-də “Səbail” üzərində 3:0 hesablı qələbədən sonrakı ardıcıl 10 qalibiyyətsizlik “Neftçi”nin tarixində yeni antirekorddur. Bakı klubu 2015-ci ildəki 9 matçlıq seriyanı “arxada qoyub”. 2014/15 və 2015/16 mövsümlərini əhatə edən həmin seriya müddətində 5 heç-heçə və 4 məğlubiyyət yaşanıb.

“Neftçi” həm də tarixində ilk dəfə 3 və daha çox qol vurduğu görüşdə uduzub. Ölkə çempionatları tarixində isə 28-ci belə hadisə yaşanıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Ən çox oxunanalar