Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyəzəndə narkotik satan 10 nəfər tutuldu

Bütün faktlarla bağlı cinayət işi başlanılıb...

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən xəbərə görə, keçirilən əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin əldə etməsi, saxlanılması, daşıması və satışı ilə məşğul olan Elman Qiyasov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman bükülülərdə satış məqsədi ilə daşıdığı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin əldə edilməsi, daşınması və saxlanılması ilə məşğul olan 10 nəfər ( Həsənağa Hüseynov, Gündüz Şıxəliyev, Çimnaz Bayramova, İntiqam Balayev, Xancan Bayramov, Elnur Eldarov, Hikmət Abbasov, Zöhrab Əmirquliyev və Ramin Əliyev) saxlanılıb, həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Bütün faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qiyasovun barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ən çox oxunanalar