Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siqaretin “tüstülədən”, spirtli içkiləri içmədən “sərxoş” edən qiymətləri

Son vaxtlar hər kəs bahalaşmadan danışır. Hətta müşahidə məqsədilə bir neçə fərqli mağazalara girib qiymətləri müqayisə edənlər də az deyil. Hər kəs öz büdcəsinə uyğun market axtarışındadır desək, yalan olmaz.

Ümumiyyətlə bahalaşma ilə bağlı Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 3 milyard 636 milyon 600 min manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz azalaraq 2 milyard 664 milyon 400 min manata bərabər olub.

Burada maraqlı məqamlardan çörəyin, unun qiyməti ilə müqayisədə məhz siqaret və içkilərin qiymətində artım daha çox göz çarpır. Artıq sosial şəbəkələrdə siqaret çəkən insanlar bəzi tütün məmulatlarını tapa bilmədiklərini deyirlər.

Belə ki, son 20 gün əvvələ qədər “Sobranie” siqaretinin qiyməti 3,90 AZN olubsa, bu gün 4,30 - 5 AZN arasında dəyişir. Hətta bəzi iri marketlərdə bu siqaretin tapılmadığına dair iddialar da var.

Bundan başqa son 1 ay ərzində “Winston” siqaretinin qiyməti 3,20 AZN-dən 3,80 AZN-ə, “Kent-4” 3,70 AZN-dən 3,90 – 4 AZN-ə, “Davidoff studio” 3,60 AZN-dən 4 AZN-ə, “Winston” ballı isə 3,50 AZN-dən 3,80 AZN-ə qədər bahalaşıb.

Spirtli içkilərin də qiyməti təqribən elə bu aralıqda dəyişib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli deyir ki, 13 faiz artım olsa da, son 12 ayda ərzaq məhsulları, tütün və spirtli içkilərin qiyməti 18 faizə yaxın artıb:

“Bu o deməkdir ki, insanlar real ifadədə daha az məhsul istehlak ediblər. Bu sadəcə məbləğ ifadəsi ilə çoxalıb. Qiymət artdığı üçün daha çox istehlak edildiyi görünür. Amma eyni məhsulu 18 faiz daha baha aldıqlarına görə belədir. Amma faktiki olaraq, qiymət və inflyasiya effektini aradan qaldırsaq, əksinə azalma var.

Ümumiyyətlə qeyri-ərzaq məhsullarında isə qiymət artımına baxmayaraq ümumi şəkildə azalma var. Qeyri-ərzaq sahəsində ortaya çıxan problemlərdən dolayı, inflyasiya, qiymət artımı, digər tərəfdən isə gəlirlərin kifayət qədər artmaması ona gətirib çıxarır ki, insanlar ilk olaraq ərzaq almağa üstünlük verirlər. Rəqəmlər onu göstərir ki, insanların real istehlakının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı düşüb”.

Ekspert deyir ki, nominal olaraq, ərzaq məhsullarına, spirtli içkilərə, tütün məhsullarına xərclənən pul artsa da, ancaq qiymət artımı məbləğ artımından daha üstündür:

“Eyni zamanda qeyri-ərzaq mallarına xərclənən pulun səviyyəsi aşağı düşür. Bu da onu göstərir ki, insanların gəlirləri kifayət qədər artmadığından, ilkin vəsait ərzaq məhsullarına yönəlir. Bu olur prioritet, və belə olanda da qeyri-ərzaq məhsullarının qiyməti 6 faizdən çox artsa da, istehlakı məbləğ ifadəsində aşağı düşüb”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar