Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Si Tsinpinə qarşı ilk xalq etirazı - Çində son dövrün ən böyük siyasi çevrilişi yaşanır…

Çin Kommunist Partiyasının 20-ci qurultayından sonra Çində İkinci Dünya Müharibəsindən sonra ən böyük siyasi çevriliş baş verir…

PİA.az xəbər verir ki, belə bir iddia ilə İspaniyanın El Pais qəzeti çıxış edib.

Qəzet yazır ki, Çin Kommunist Partiyasının 20-ci qurultayında üçüncü dəfə və həm də bu dəfə ömürlük hakimiyyət qazanan Si Tsinpinə qarşı xalq etirazı ortaya çıxıb və bu etiraz getdikcə vüsət alır. El Pais-a görə bu İkinci Dünya Müharibəsindən sonra Çində baş verən ən böyük siyasi çevriliş prosesinin başlangıcıdır.

Si Tsinpin hakimiyyətə gəldikdən sonra xalq ilk dəfədir ki, ona qarşı çıxır. Bu etiraz təkcə antikovid etirazı deyil, həm də Si Tsinpinin avtokratik polis rejiminə qarşı etrazdır.

Lakin El Pais hesab edir ki, 33 il bundan əvvəl Tyananmen meydanında baş verən qırğınını və Çin rejiminin nə qədər repressiv olduğu nəzərə alınarsa, bu dəfə daha qanlı bir repressiyanın şahidi ola bilərik.

Çində başlayan etiraz aksiyaları ilə bağlı Çexiyanın Hospodarske noviny qəzeti isə yazır ki, “Çində kommunist diktaturası öz vətəndaşlarını son dözüm və səbir həddinə çatdırıb. Çində hesab edirlər ki, COVID-19 üçün sıfır tolerantlıq siyasəti pandemiyanın başlanğıcında, hökumətlərin hansı düşmənlə qarşılaşdıqlarını təxmin edə bilmədiyi zaman məna kəsb edə bilərdi. Aktiv peyvəndlər dövründə bu strategiya problemli deyil və Çinin Covid-lə bağlı hazırdü yürütdüyü sərt tədbirlər Çin xalqı tərəfindən başa düşülmür. Bu da nümayişlərin miqyasını daha da böyüdür. Lakin nümayişlərin görünməmiş miqyasına və intensivliyinə baxmayaraq, Çin Kommunist Partiyasının etirazları əzmək üçün kifayət qədər alətləri var. Çexiyanın Hospodarske noviny nəşri əmindir ki, repressiya şübhəsiz ki, olacaq və bu repressiya əvvəlkilərdən daha sərt və qanlı ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar