Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şərurlu İsfəndiyar” əmək qanunvericiliyini pozdu, cərimələndi

Tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova cərimə protokolu yazılıb.

PİA.az xəbər verir ki, protokolda qeyd edilib ki, o, əmək qanunvericiliyini pozub.

Belə ki, “Şərurlu İsfəndiyar”ın barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Abbas Rzayevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilirlər.

Xatırladaq ki, son illər İsfəndiyar Axundovun başı məhkəmə qalmaqallarına qarışıb. Belə ki, o, ləğv prosesində olan “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun cinayət işində zərərçəkmiş qismində tanınır. “Şərurlu İsfəndiyar” Nadir İsmayılovdan beş milyon manat tələb edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. İsfəndiyar Axundovun isə zərəri ödənilməyib.(Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Üç bürcün həyatında xoş dəyişikliklər olacaq    

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Ən çox oxunanalar