Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serj Sərkisyan aprel müharibəsindən sonra beş rayonu qaytarmağa cəhd edib

Dağlıq Qarabağın qondarma “parlamentinin” keçmiş “deputatı” Vaan Badasyan keçmiş “müdafiə naziri” Samvel Babayanın 2016-cı ilin aprel müharibəsinin ardınca o vaxtkı Ermənistan prezidenti Serj Sərkisyanın bəzi əraziləri Azərbaycana qaytarmağı nəzərdən keçirdiyi haqda dediklərini təsdiqləyib

Badasyan bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışıb.

O deyib ki, 2016-cı il iyulun 16-da Serj Sərkisyan Xankəndində Qarabağ separatçı hərəkatının təxminən 20-yə yaxın fəalı və “dqr” rəhbərliyinə daxil olan şəxslərlə görüşüb. Onlarla ərazilərin güzəştə gedilməsi məsələsini müzakirə edib.

Badasyanın iddiasına görə Serj Sərkisyan cəmiyyəti bu güzəştlərə hazırlamağa cəhd edib. Amma həmin müzakirələrdən cəmi bir gün sonra-iyulun 17-də Yerevanda “Ssna Tsrer” yaraqlıları post-patrul polisi polkunun qərargahına hücum edib.

“Bəli, görüşüblər və ərazilərin güzəştə gedilməsini müzakirə ediblər. Doğrudur ki, orda biabırçı mövqelər olub, mən bu haqda bilirəm, amma adları açıqlamaq istəmirəm. Lakin söhbət əsasən güzəştlərdən gedib”-Badasyan deyib.

Qarabağlı siyasətçinin bildirdiyinə görə, görüşdə Madrid prinsiplərinin reallaşmasından danışılıb. “Məsələ bundadır ki, Madrid prinsipləri qəbul edilmişdi və onlar həmin sənədin reallaşması üçün hər şeyi ediblər. Qarabağ hakimiyyəti isə susmaqla buna razı olub, heç kim etiraz etməyib. İndi deyə bilərəm, açıqlayaram, amma artıq gecdir. Bu bizim üçün, bizim xalqımız üçün biabırçılıqdır, məğlubiyyətdir və orada göstərilməyib ki, məhz Azərbaycan güzəştə gedib. Orada erməni tərəfinin birtərəfli güzəştindən söhbət gedir”-o bildirib.

Badasyana görə Qarabağ erməniləri bu planı qəbul etməyəcəkdi. Amma fakt budur ki, rəhbərlikdən heç kim həmin plana etiraz etməyib.

Qeyd edək ki, uzun illər danışıqlar predmeti olan Madrid prinsiplərinə əsasən nizamlama prosesinin birinci mərhələsində Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların 5-i boşaldılmalı, Dağlıq Qarabağa aralıq status verilməliydi. Növbəti mərhələdə isə Dağlıq Qarabağın yekun hüquqi statusunun səsvermə ilə müəyyən olunması nəzərdə tutulurdu. Qalan iki rayonun taleyi isə qeyri-müəyyən qalırdı.

2016-cı ilin aprel döyüşləri Rusiya rəhbərliyinin, şəxsən prezident Vladimir Putinin işə qarışması ilə dayandırılıb. Əvəzində Rusiya tərəfi çalışıb ki, Ermənistan rəhbərliyini işğal edilmiş ərazilərin bir hissəsini boşaltmağa razı salsın. Lakin bu səylər baş tutmayıb. Belarus prezidenti Aleksandr Lukaşenko da bu yaxınlarda açıqlamışdı ki, Putin Yerevanda Sərkisyana 5 rayonu qaytarmağı təklif edib. Amma Sərkisyan bu varianta razılaşmayıb.(virtualaz.org)

pia.az


Etiket: Serj Sərkisyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ən çox oxunanalar