Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səməd Seyidov: "AŞPA-ya öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan nümayəndə heyəti olaraq gəlmişik"

"Monitorinq Komitəsinin rolu sülhdən sonra daha da önəmli əhəmiyyət kəsb edir".

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

O qeyd edib ki, Azərbaycan nümayəndə heyəti ilk dəfə 20 il öncə burada Azərbaycan bayrağını dalğalandırıb:

"Biz o zaman bu quruma öz ağrılarımız ilə gəlmişdik və biz hər zaman öz torpaqlarımızda Avropa Şurası dəyərlərinə sadiq qalaraq ədaləti bərpa etmək istəyirdik. Mən çox qürurla deyə bilərəm ki, bu gün biz buraya öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan nümayəndə heyəti olaraq gəlmişik".

S.Seyidov bildirib ki, Monitorinq Komitəsinin rolu sülhdən sonra daha əhəmiyyətli bir hal daşıyır:

"Çünki bu gün biz müharibə yox, sülh haqqında danışırq. Biz etimadın yaradılması, yeni atmosferin yaradılması, Avropa Şurası dəyərlərini öz regionumuzda tətbiq etmək tədbirləri barəsində düşünməliyik. Təəssüf ki, burada bəzi qrup insanlar sülh prosesinə kölgə salmaq istəyir. Mən AŞPA-dakı həmkarlarımı qərəzsiz olmağa çağırıram. Biz bundan öncə dəfələrlə bunun pozulduğunu, tərəf tutulduğunu görmüşük. Biz ancaq balans qorunarsa, iki ölkə arasında körpü qura bilərik. Bu, çox vacibdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar