Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfir: “Azərbaycan COP29-u yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçirəcək”

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) müvafiq dövlət qurumları tərəfindən yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçiriləcək”.

“Report” xəbər verir ki, bu fikirlər Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun bu ölkənin “Svenska Dagbladet” qəzetində dərc olunan məqaləsində yer alıb.

Diplomat məqaləsində Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ilə bağlı qərarın yekdilliklə qəbul olunduğunu və bunun AzərbaycanErmənistan arasında normallaşma istiqamətində müsbət irəliləyişlər fonunda baş verdiyini xatırladıb.

Məqalədə Azərbaycan Prezidentİlham Əliyevin sədrliyi ilə COP29-a ilk hazırlıq iclasının keçirildiyi və müvafiq dövlət qurumları tərəfindən bu mötəbər tədbirin də ən yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.

 
Z.Əhmədov rəsmi Bakının yaşıl enerjiyə keçid istiqamətində atdığı ardıcıl addımlar, eləcə də Avropaya yaşıl enerji ixracı məqsədilə Azərbaycan və tərəfdaşları tərəfindən əsası qoyulmuş Qara dəniz sualtı elektrik xətti barədə məlumat verib.

Yazıda beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın daha öncə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu, hazırda isə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatında sədrlik etdiyi də diqqətə çatdırılıb.

Habelə, ölkənin “Avroviziya” mahnı müsabiqəsi, Avropa Oyunları, Avropa Liqasının finalı, Avropa futbol çempionatının görüşləri, “Formula-1”, Beynəlxalq Astronavtika Konqresi və s. kimi çoxsaylı mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək təcrübəsinin olduğu vurğulanıb.

Poliqon.info 


Etiket: Səfir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar