Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkilərə gedən qohum namizədlər - Fotolar


Ər-arvad, əmi-qardaşoğlu, qardaşlar.. .


Noyabrın 1-də Milli Məclisə keçiriləcək növbəti seçkilərdə iştirak etmək üçün bir-birinə qohum-qardaş olanlar, bir ailənin üzvləri də deputatlığa namizədliklərini irəli sürüblər. Müxtəlif dairələrdən mandat qazanmaq istəyən qohumlardan çoxunun artıq deputatlığa namizədliyi də rəsmən qeydə alınıb. 

Modern.az saytı bununla bağlı kiçik araşdırma aparıb.

Ümid Partiyası sədrinin müavini Ramin Hacılı və xanımı Aysel Əlizadə parlament seçkilərində qalib gəlməyə iddialıdırlar. Belə ki, Ümid Partiyası tərəfindən deputatlığa namizədlikləri irəli sürülmüş cütlük seçki marafonunda ayrı-ayrı dairələrdə təşviqat aparacaqlar.

Aysel Əlizadənin namizədliyi 8 saylı Binəqədi seçki dairəsindən, Ramin Hacılının namizədliyi isə 19 saylı Nərimanov seçki dairəsindən qeydə alınıb. 
Qohum namizədlərin siyahısı bununla bitmir. Namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş sabiq daxili işlər naziri İsgəndər Həmidova qardaşı oğlu, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə “opponentlik” edəcək.

İsgəndər Həmidovun deputatlığa namizədliyi 123 saylı Kəlbəcər seçki dairəsindən qeydə alınıb.

Şəhriyar Məcidzadə isə 95 saylı Tərtər seçki dairəsinin deputatlığa namizədidir.

Parlament seçkilərində iştirak edəcək qardaşlar da var.

“Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Vidadi İsgəndərov 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə seçilmək istəyir.

Onun qardaşı da parlamentdə Göyçayı təmsil etmək niyyətindədir. Vidadi İsgəndərovun yuxarıda adıçəkilən təşkilatının sədr müavini Oktay İsgəndərli 88 saylı Göyçay seçki dairəsindən deputatlığa namizəddir.

Müsavat Partiyasının başqanı Arif Hacılının namizədliyi 33 saylı Xətai birinci seçki dairəsindən qeydiyyata alınsa da, onun qardaşı Mustafa Hacıbəylinin məsələsi hələ tam olaraq müəyyənləşməyib.

Bildirək ki, Müsavat Partiyası tərəfindən Mustafa Hacıbəyli 31 saylı Surxanı ikinci seçki dairəsindən deputatlığa namizəd irəli sürülüb. Lakin onun namizədliyi hələ ki, qeydə alınmayıb.


Aysel Əlizadə, Ramin Hacılı



İsgəndər Həmidov, Şəhriyar Məcidzadə



Vidadi İsgəndərli



Arif Hacılı, Mustafa Hacıbəyli


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar