Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Saxta qazi” həbs edilib

Avqustun 19-da “Aşura günü” ilə əlaqədar Sumqayıt şəhərindəki “Cümə” məscidinə gələn vətəndaşların təhlükəsizliyi və pandemiya ilə əlaqədar məscidə müəyyən olunmuş sayda insanların buraxılması polis əməkdaşları tərəfindən təmin edilib.

DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, həmin vaxt bir nəfər özünü Vətən müharibəsinin iştirakçısı kimi təqdim edərək xidməti vəzifələrini yerinə yetirən polislərin qanuni tələblərinə tabe olmayıb, onlara müqavimət göstərməyə cəhd edib.

Polis əməkdaşlarının təmkinli davranışı, izahedici söhbətləri nəticəsində onu sakitləşdirmək mümkün olub.

Bu səhnəni əks etdirən videogörüntülər sosial şəbəkələrdə də yayılıb.

Aparılan araşdırmalarla həmin şəxsin şəhər sakini Həsənov Nurəddin Məzahir oğlu olması müəyyən edilib və o, polis idarəsinə dəvət olunub. İlkin araşdırmalarla N.Həsənovun Vətən müharibəsinin iştirakçısı olmadığı müəyyən edilib. Bununla belə, onun əməlində polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi və eləcə də ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətməsi sübuta yetirilib.

İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə müvafiq olaraq onun barəsində toplanmış materiallar şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Həsənov Nurəddin Məzahir oğlu barəsində 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Xalq artisti Bəsti Cəfərova: 19 yaşında gözəl idim, sevirdiniz, yaşlanmışam deyə atmalısınız? 

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Ən çox oxunanalar