Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sanksiya: ABŞ Çini «daş dövrünə» qaytarmağa qərar verdi

Mütəxəssislər yeni sanksiyaları belə qiymətləndirirlər...

Birləşmiş Ştatlar özündə istehsal olunan, eləcə də hər hansı Amerika texnologiyası vasitəsilə ərsəyə gətirilmiş yarımkeçiricilərin Çinə tədarükünə qadağa qoyub.

Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın dünyaca ünlü «Financial Times» nəşri bu məlumatı yayıb və ABŞ-ın yeni sanksiyalarını Çini «daş dövrünə qaytarmaq» cəhdi kimi qiymətləndirib.

Yeni məhdudiyyətlərə əsasən, Amerika texnologiyalarından istifadə etməklə istehsal olunan yarımkeçiricilərin Çinə ixracı yalnız ABŞ hakimiyyət orqanları tərəfindən veriləcək xüsusi lisenziya əsasında mümkündür. Sanksiyada həmçinin ABŞ vətəndaşlarının Çinin çip istehsalçıları ilə əməkdaşlığı məhdudlaşdırılıb.

Albright Stonebridge konsaltinq şirkətinin eksperti Pol Triolo yeni sanksiyaların bir çox şirkətlərə təsir edəcəyini bildirib, çünki "yeni qaydaların səbəb olduğu dəyişikliklərin sunamisi yarımkeçirici sənayesini və əlaqəli sektorları alt-üst edəcək".

Onun fikrincə, bu sektora xüsusilə nəqliyyat və logistika sahəsində süni intellekt sahəsində Amerika avadanlıqlarından istifadə edən Çin şirkətləri, eləcə də dərmanların hazırlanması və iqlim dəyişikliyinin modelləşdirilməsi aiddir.

Triolo vurğulayıb ki, sanksiyaların tam effekti zamanla görünəcək, lakin “ən azı, ABŞ və Çində innovasiyalar yavaşlayacaq və nəticədə bu, Amerika istehlakçılarına yüz milyonlarla, hətta milyardlarla dollara başa gələcək”.

Financial Times-ın məlumatına görə, Çin şirkətləri amerikalıların onlarla işləməsinə qoyulan qadağadan ciddi şəkildə narahatdırlar. Dövlət yarımkeçirici fabriklərindən birinin kadrlar şöbəsinin müdiri bildirib ki, ştatda ən əsas vəzifələrdən bəzilərini tutan Amerika vətəndaşları var. “Biz bu insanların şirkətimizdə işləməyə davam etmələri üçün bir yol tapmalıyıq. Çox çətindir. Əksər insanlar Amerika pasportlarından imtina etmək istəmirlər”, - deyə o bildirib.

2019-cu ilin may ayından Vaşinqton tərəfindən sənaye casusluğu, texnologiya oğurluğu və milli təhlükəsizliyə təhdiddə ittiham edilən Huawei və bənzər şirkətlər ABŞ sanksiyaları altındadır. 2020-ci ilin avqustunda sanksiyalar sərtləşdirilib.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar