Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samuxdakı partlayışda xəsarət alan ailədən xəbər var

Samuxun Aşağı Ağasıbəyli kəndindəki yaşayış evində baş verən partlayışda xəsarət alaraq Bakıya, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinə (Respublika Yanıq Mərkəzi) yerləşdirilən Zemfira İsmayılovanın vəziyyəti ağır olaraq qalır


PİA.AZ bildirir ki, bu barədə Trend-ə şöbənin müdiri Şöhrət Məmmədov məlumat verib.

Şöbə müdiri bildirib ki, yaralılardan 1961-ci il təvəllüdlü Naçar İsmayılovun səhhəti nisbətən sabitləşib və müalicələr müsbət nəticə verib. Amma onun həyat yoldaşı - 1965-ci il təvəllüdlü Z.İsmayılovanın vəziyyəti ağır olaraq qalır. Z.İsmayılovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, oktyabrın 21-də səhər saatlarında Samuxun Aşağı Ağasıbəyli kəndində yaşayış evində partlayış baş verib. Partlayış N.İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən baş verib. Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində N.İsmayılov və həyat yoldaşı Z.İsmayılova ağır dərəcəli yanıq xəsarətləri alıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar