Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayevdən islahat: 22 Ərazi Məşğulluq filialı ləğv olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Agentliyində yenidən struktur islahatları aparılacaq.

Qaynarinfo-nun eksklüziv məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə 22 şəhər və rayon üzrə Ərazi Məşğulluq filialı ləğv olunub. Bunun yerinə 14 ərazi üzrə yeni qurum yaradılıb.

Yeni qurumlar Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq qurulacaq.

Qeyd edək ki, 2020-ci ilin iyul ayında nazir Sahil Babayevin əmri ilə 78 şəhər və rayon üzrə Məşğulluq Mərkəzləri ləğv olunaraq 22 ərazi üzrə yeni qurum – Ərazi Məşğulluq filialları yaradılmışdı.

İqtisadi rayonlar üzrə bögünü təqdim edirik:

Bakı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Bakı şəhəri);

Naxçıvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, ŞahbuzŞərur rayonları);

AbşeronXızı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Sumqayıt şəhəri, AbşeronXızı rayonları);

Dağlıq Şirvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağsu, İsmayıllı, QobustanŞamaxı rayonları);

Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, GöygölSamux rayonları);

Qarabağ iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, ŞuşaTərtər rayonları);

QazaxTovuz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağstafa, Gədəbəy, Qazax, ŞəmkirTovuz rayonları);

Quba–Xaçmaz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xaçmaz, Quba, Qusar, SiyəzənŞabran rayonları);

LənkəranAstara iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Astara, Cəlilabad, Lerik, Lənkəran, MasallıYardımlı rayonları);

Mərkəzi Aran iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, YevlaxZərdab rayonları);

Mil–Muğan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Beyləqan, İmişli, SaatlıSabirabad rayonları);

ŞəkiZaqatala iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Balakən, Qax, Qəbələ, Oğuz, ŞəkiZaqatala rayonları);

Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Cəbrayıl, Kəlbəcər, Qubadlı, LaçınZəngilan rayonları);

Şirvan–Salyan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, NeftçalaSalyan rayonları).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar