Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahdağa qar yağıb - Faktiki hava

Sentyabrın 13-ü saat 9-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb...

Milli Hidrometeorologiya Xidmətindən Poliqon-a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub.

Şahdağda 2 750 metr hündürlüyə qar yağıb.

Düşən yağıntının miqdarı Qəbələdə 57 (aylıq normanın 73 %-i), Göyçayda 41 (aylıq normanın 108%-i), İsmayıllı 40 (aylıq normanın 51%-i), Qaxda (Sarıbaş) 39, Şəkidə 37, Şahdağda 31, Oğuzda 27, Qobustanda 25 (aylıq normanın 82%-i), Xaltanda 24 (aylıq normanın 50%-i), Kürdəmirdə 23 (aylıq normanın 69 %-i) , İmişlidə 23 (aylıq normanın 116 %-i), Qrızda 21 (aylıq normanın 44 %-i), Zərdabda 20 (aylıq normanın 68 %-i), Sabirabadda 19 (aylıq normanın 96%-i), Biləsuvarda 17 (aylıq normanın 98%-i), Ağsu, Ağdamda 16 (aylıq normanın 47%-i), Lənkəranda 14, Şamaxıda 13, Altıağac, Balakən, Naxçıvan, Yevlax, Quba, Ordubad, Tərtər, Şabran, Sədərək, Şərur, Mingəçevir, Gədəbəy, Şəmkir, Beyləqan, Cəfərxan, Neftçala, Yardımlı, Qusar, Şahbuz, Tovuz, Lerik, Ağstafa, Gəncə, Naftalan, Daşkəsən, Bərdədə 10, Bakıda 12 (aylıq normanın 70 %-i) Maştağada 5, Sumqayıtda 3, Pirallahıda 2 mm-dək olub.

Yağan intensiv yağışlar nəticəsində sentyabrın 13-ü saat 8 radələrində Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay və Şəki rayonu ərazisində keçən Damarçın çayından sel keçib.

Gəncə, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Oğuz, Şamaxı, Qrız, Şəki, Balakən, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 14-ü gündüz saatlarından tədricən kəsiləcəyi gözlənilir.

Poliqon.info


Etiket: Şahdağ qar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd olub

Ən çox oxunanalar