Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabunçuda bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb

Bakıda bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən Maştağa qəsəbəsi sakinləri Mireyvaz Məmmədov və Ağanəbi Hadıyev tutulublar.

Araşdırma zamanı onların Nardaran, Ləhic və Maştağa bağlarında yerləşən 7 evdən əsasən paltaryuyan maşın, televizor, təmir və məişət əşyaları oğurladıqları məlum olub.

Məlumata görə, oğurlanan əşyalar M.Məmmədovun avtomobili ilə hadisə yerlərindən aparılıb. Həmin əşyaların bir qismi Sabunçu bazarında satılıb. Oğurluq malların satışından əldə edilən pul isə iki şəxsin arasında bölünüb. Oğurlanan əşyların qalan hissəsi isə saxlanılan şəxslərin yaşadıqları evlərdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar