Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ruslar Qarabağda sülhməramlı qüvvələr deyil, işğalçı qüvvələrdir” - Hafiz Hacıyev

“Putinlə Paşinyanın arzusu budur ki, Azərbaycanda daha 10-15 il qalsınlar. Amma biz onların arzularının reallaşmasına heç vaxt imkan verməyəcəyik”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev rus sülhməramlılarının Qarabağda qalması məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistanın Baş naziri “Dağlıq Qarabağdakı” Rusiya sülhməramlılarının mandatının 20 ilə qədər uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu deyib. Rusiya prezidenti Vladimir Putin isə sülh müqaviləsi üçün variant seçimi Ermənistanın öz ixtiyarında olduğunu bildirib.

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Yaxın aylarda Azərbaycan Qarabağda olan ermənilər haqqında öz qəti fikrini deyəcək”.

Ermənilərin Qarabağdan çıxarılması üçün Azərbaycan xalqının iradəsinin ortaya qoyulacağını düşünən partiya sədri əlavə edib ki, onların arzuları gözlərində qalacaq:

“Putinlə Paşinyanın arzusu budur ki, Azərbaycanda daha 10-15 il qalsınlar. Amma biz onların arzularının reallaşmasına heç vaxt imkan verməyəcəyik. Ruslar Qarabağda sülhməramlı qüvvələr deyil, işğalçı qüvvələrdir. İnanmıram ki, cənab Prezident rus işğalçı qüvvələrinin daha uzun müddətli Qarabağda qalmasına icazə versin.

Sülhməramlı adı altında Qarabağda olan rus işğalçı qüvvələrin orada uzun müddətli qalması Putin və Paşinyan üçün bir yuxudur. Paşinyan istəyir ermənilər Qarabağda qalsın, indiki kimi öz keflərini sürsünlər. Onlar istəyirlər ki, Qarabağa gələn milyarder Vardanyan onları himayə etsin. Amma Qarabağda yaşayan ermənilərin heç bir statusu, imtiyazı olmayacaq.

Düşünürəm ki, yaxın aylarda Azərbaycan Qarabağda olan ermənilər haqqında öz qəti fikrini deyəcək. Ermənilərin Qarabağdan çıxarılması üçün Azərbaycan xalqının iradəsi ortaya qoyulacaq. Onların arzuları gözlərində qalacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

İsrail Qəzzada HƏMAS bölmələrinin əksəriyyətinin məğlub olduğunu elan edib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar