Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MN-dəki 143 milyonluq cinayət işi: General Namiq Poladova 4 milyon 600 min manat çatıb

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib...

"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramovun vəkili Tahir Şamxalov vəsatətlərlə çıxış edib.

O vəsatətində müdafiə etdiyi Bayram Bayramova məxsus Gəncə şəhərində yerləşən evin və Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsinin üzərində həbsin götürülməsini istəyib. Hakim bu məsələnin hökm qəbul edilərkən müşavirə otağında həll olunacağını deyib.

Vəkil digər vəsatətində Bayram Bayramovun 2020-ci il Vətən Müharibəsində çalışdığı hərbi hissəsinə nə qədər çağırışcı, könüllü və ehtiyatdan geri çağırılan hərbi qulluqçuların sayının müəyyən olunması üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəyib:

"2020-ci il dekabrında müharibə vaxtında çağırışçıların , könüllülərin, ehtiyatdan çağırılan zabit, gizir və müddətdən artıq hərbi qulluqçulara əmək haqqı verilib. Lakin həmin sənədlər sonradan yandırılıb. Ümumilikdə həmin şəxslərə 719 min manat maaş verilib. Lakin Maliyyə Nazirliyinin yoxlamaları zamanı həmin sənəd mövcud olmadığı üçün məbləğ Bayram Bayramovun adına mənimsəmə kimi yazılıb".

Vəsatət dəqiqləşdirilməsi üçün gələn proses müzakirəyə çıxarılacaq.

Daha sonra general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatətlə çıxış edərək Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi general Namiq Poladovun məhkəməyə əlavə şahid qismində çağırılmasını tələb edib.

Vəkil əsaslandırıb ki, iş üzrə müdafiə etdiyi Nizami Məmmədova verilən 18 milyon manatlıq ittihamdan 4 milyon 600 min manatı Namiq Poladova çatıb:

"İstintaqda da , məhkəmə dövründə də şahidlərin və iş üzrə dindirilən təqsirləndirilən şəxslərin hər biri hərbi hissələrdə inspeksiyaya pul verdiklərini bildirib. İnspeksiya pulları da birbaşa Namiq Poladova çatıb. Bunu məhkəmədə ifadə verən şahidlər də təsdiqləyib. Namiq Poladovun özü isə istintaqda bunu üzərindən atıb. Xahiş edirik, məhkəmə Namiq Poladovu iclasa çağırsın”.

Namiq Poladovun iş üzrə sualları cavablandırmaq üçün növbəti prosesslərin birində məhkəməyə çağırılacağı gözlənilir.

Rəşad Mirmehdizadə digər vəsatətində iş üzrə yenidən məhkəmə mühasibatlıq-komisyon ekspertizasının keçirilməsini istəyib. O bildirib ki, iş üzrə rəqəmlərdə, mənimsənilən məbləğlərdə fərqlər var və bu səbəbdən ekspert tərəfindən yenidən ekspertiza keçirilməlidir.

Təqsirləndirilən Cəlal Kazımovun vəkili də məhkəmə komisyon ekspertizasının keçirilməsinin vacibliyi bildirib. Məhkəmə bu vəsatəti gələn prosesdə müzakirəyə çıxaracağını qeyd edib.

Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov əlavə şahidlərin dindirilməsini tələb edib. O bildirib ki, adına kart açılan "ölü canlar"ım dindirilməsi vacibdir. Hakim bu vəsatətə gələn proses münasibət bildirəcəklərimi qeyd edib.

Proses sentyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

BMT Qəzzada humanitar fasilə ilə bağlı razılıq əldə edib

Ən çox oxunanalar