Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada terror aktı törətməkdə şübhəli bilinənlər barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Rusiyanın paytaxtı Moskvanın Basmannı rayon məhkəməsi martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları 33 yaşlı Dalercon Barotoviç Mirzoyev, 30 yaşlı Saidakrami Muradali Raçabalizoda, 26 yaşlı Şamsidin Fariduni və 20 yaşlı Muhəmmədsobir Zokirçonoviç Fayzov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib...

“Report” xəbər verir ki, bu barədə Rusiya dövlət KİV məlumat yayıb.

Adıçəkilmiş şəxslər mayın 22-dək həbsdə qalacaqlar. Şübhəli şəxslərin barəsində Rusiya Cinayət Məcəlləsinin üçüncü fəslinin 205-ci maddəsi (“tələfatla nəticələnən terrorçuluq”) ilə cinayət işi açılıb. Onlar ömürlük həbs cəzasına məhkum oluna bilərlər.

Məhkəmədə olmuş müxbirlərə görə, məhkəməyə gətirilmiş şübhəli şəxslərin üzlərində zorakılıq izləri olub. Raçabalizodanın saxlanılarkən qulağı kəsilib. Bu barədə videogörüntülər internetə sızdırılıb. “Mediazona” nəql edib ki, 2004-cü il təvəllüdlü Fayzov isə reanimasiyadan birbaşa məhkəməyə aparılıb, o, xəstəxana xalatında və xərəkdə şüşə qəfəsə gətirilib. Gənci həkimlər müşayiət etsə də, iclas qapalı olandan sonra onlar da hakim Vaxrameyevin tələbi ilə otaqdan çıxarılıb. Hakim təqsirləndirilən şəxsin vəziyyətinə əhəmiyyət verməyib. İstintaqa görə, Fayzov konsert kompleksinə hücumu lentə alan şəxs olub.

Xatırladaq ki, “Piknik” qrupunun konsertinə gəlmiş tamaşaçıları güllələyən və daha sonra konsert zalında yanğın törətmiş terrorçuların qurbanları 137 nəfər olub, daha 180 nəfər yaralanıb və yanıq xəsarətləri alıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar