Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Şimali Koreya xarici işlər nazirləri görüşüb

Şimali Koreya və Rusiya xarici işlər nazirləri görüşüb...

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşün mətbuata açıq hissəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Vaşinqton və onun regional müttəfiqlərinin Şimali Koreyanın təhlükəsizliyinə təhdidlər yaratmaq siyasəti yarımadadakı problemin həllinə kömək etmir.

"Biz gərginliyin artmasına səbəb olan istənilən addımdan imtina etməyə çağırış etməyə davam edəcəyik", - Lavrov Şimali Koreyalı həmkarı Çoi Sonq-hi ilə görüşündə vurğulayıb.

O bildirib ki, görüşdə Koreya yarımadasındakı vəziyyət müzakirə mövzusu olacaq: "Biz Koreya yarımadasındakı, ümumilikdə Şimal-Şərqi Asiyada vəziyyətlə bağlı məxfi dialoqumuzu davam etdirmək istərdik", - Rusiya XİN rəhbəri bildirib.

Nazir həmçinin Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın “Vostoçnı” kosmodromunda keçirilən sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin ilkin nəticələrin’ diqqət çəkərək: "Artıq müvafiq işlər fəal şəkildə aparılır", - deyə əlavə edib.

Lavrovun sözlərinə görə, Moskva Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyatı"nda Şimali Koreyanın dəstəyini yüksək qiymətləndirir, həmçinin beynəlxalq platformalarda KXDR ilə əməkdaşlığı səmərəli dəyərləndirir.

Şimali Koreya XİN rəhbəri isə ölkəsinin Rusiya ilə dost münasibətləri barədə danışıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar