Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ - ABŞ-ın yardımı və Putinin Donbas əmri...

ABŞ-ın Ukraynaya “Patriot” zenit-raket kompleksiləri göndərməsi müharibənin gedişini dəyişə bilərmi?..

Politoloq: “Kiyevin cəbhədə strateji dönüşə nail olması üçün hazırkı potensialı yetərli deyil”.

“Yaz ayalarında Rusiya-Ukrayan cəbhəsində hərbi əməliyyatalrın miqyasının genişlənəcəyi və rusların döyüş xəttinə yeni qüvvələr cəlb edəcəyi ilə bağlı gözləntilər var”.

Bu sözləri politoloq Zaur İbrahimli Ukrayna-Rusiya-Ukrayan müharibəsinin yeni mərhələsini PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna hərbçiləri “Patriot” zenit-raket kompleksləri ilə işləmək təlimi keçmək üçün ABŞ-a yollanıblar. Ehtimal olunur ki, rəsmi Vaşinqton bu silahı Ukraynaya verəcək. Bəzi iddalara görə isə Putin orduya marta qədər Donbası tutmağı əmr edib. Görünən odur ki, Qərb də, Rusiya da mümkün uzunmüddətli münaqişəyə hazırlaşır.

Bəs ABŞ-ın Ukraynaya “Patriot” zenit-raket kompleksi verməsi müharibənin gedişini dəyişə bilər?

Rusiya-Ukrayna müharibəsinin yeni mərhələsini PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Rusiyanın işğalçı hücumundan bir il ötməsinə az vaxt qalır və ruslar siyasi-hərbi məqsədlərinə nail olmasalar da, onların hərbin potensialının tamamilə sıradan çıxdığını söyləmək də hələ tezdir”.

20 yanvar tarixində Almaniyanın Ramştayn hərbi bazasında Ukraynaya yardım edən ölkələrin hərbi rəhbərliyinin müzakirələri keçiriləcəyini vurğulayan politoloq bildirib ki, Fransa, Brtianiya və Polşanın Ukrayna ordusuna yüngülü tanklar verəcəkləri artıq bəllidir:

“Yaz ayalarında Rusiya-Ukrayan cəbhəsində hərbi əməliyyatalrın miqyasının genişlənəcəyi və rusların döyüş xəttinə yeni qüvvələr cəlb edəcəyi ilə bağlı gözləntilər var. Rusiyanın işğal etdiyi Ukraynanın Xerson vilayətindən geri çəkilməsindən sonra ruslar Ukrayanın Baxmut şəhərini işğal etməyə çalışırlar. Donbasın əsas şəhərləri olan Baxmut, Soledar, Maryinka və Kreminada çox çətin vəziyyət yaranıb.

Artıq Rusiyanın işğalçı hücumundan bir il ötməsinə az vaxt qalır və ruslar siyasi-hərbi məqsədlərinə nail olmasalar da, onların hərbin potensialının tamamilə sıradan çıxdığını söyləmək də hələ tezdir. Hərbi ekspertlər qeyd edirlər ki, yaxınmüddətdə ruslar ehtiyat qüvvələri cəlb etməklə geniş cəbhədə hücum əməliyyatlarına başlamaq imkanlarına malikdirlər. Bu bir ilə yaxın müddət ərzində Ukrayan ordusu çox mühüm qələbələr qazanıb, sonuncu dəfə Xerson istiqamətində uğurlu əks-hücum əməliyyatları keçirildi. Artıq Ukrayana hərbi yardımın dayanıqlı bir sistemi, mexanizmi formalaşıb, ukraynanılar Qərb ölkələrinin hərbi texnikasından daha səmərli istifadə edirlər.

Zaur İbrahimli: “Ehtimal etmək olar ki, Ramştayn formatında növbəti müzakirələrdən sonra Ukraynın ordusunun güclənməsi üçün daha cəsarətli və geniş addımlar atılacaq”.

Bununla belə, mövcud vəziyyətin təhlili deməyə əsas verir ki, Kiyevin cəbhədə strateji dönüşə nail olması üçün hazırkı potensialı yetərli deyil, xüsusən rusların həyatı vacib mülki infrastrukturu raket və dron hücumları ilə sıradan çıxarması ciddi problemə çeviirlib. Rusiya kimi Ukrayanaya dəstək verilməsində Qərb ölkələri də yeni mərhələyə keçid edəcəklər. 20 yanvar tarixində Almaniyanın Ramştayn hərbi bazasında Ukraynaya hərbi yardım edən ölkələrin hərbi rəhbərliyinin müzakirələri keçiriləcək. Artıq bəllidir ki, Brtianiya, Polşa Ukrayna ordusuna yüngülü tanklar verəcəklər. Ehtimal etmək olar ki, almanları da mərhələlərlə buna razı salacaqlar.

ABŞ da Ukraynaya hava hücumundan müdafiə sistemləri, “Patriot” zenit-raket kompleksi verəcək. Hərbi ekspertlərin qənaətinə görə, Ukrayna yalnız sistemli hərbi köməyin davam etdiyi və uzaq hədəfləri vurmağa imkan verən silahlarla təchiz edildiyi zaman starteji dönüşə nail ola bilər. Xüsusən ağır texnika əks-hücum əməliyyatları üçün vacibdir. Ehtimal etmək olar ki, Ramştayn formatında növbəti müzakirələrdən sonra Ukraynın ordusunun güclənməsi üçün daha cəsarətli və geniş addımlar atılacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar