Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya üçün təhlükəsizlik təminatı - Qərb düşərgəsində fikir ayrılığı...

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ll Rusiya üçün təhlükəsizlik təminatlarını müzakirə etməyi “sonraya saxıamağı” təklif edib…

Borrell: “Rusiyaya deyil, öncə Ukraynaya təhlükəsizlik təminatı verilməlidir”

PİA.az xəbər verir ki, bu barədə France-Presse Agentliyinin məlumatında bildirirlir. Məlumatda qeyd edilir ki, Avropa diplomatiyasının rəhbəri Cozef Borrell Rusiya üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə tələsməməyi təklif edib. Agence France-Presse yazır ki, onun fikrincə, Rusiyadan daha əvvəl Kiyev belə zəmanətlər almalıdır.

Rusiya üçün təhlükəsizlik zəmanətləri haqqında daha sonra danışacağıq”, deyə Borrell Parisdəki Jak Delor İnstitutunda keçirilən simpoziumda deyib.

Borrel bildirib ki, döyüş əməliyyatlarının dayandırılması beynəlxalq hüquq normalarına uyğun həyata keçirilməlidir: “Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması, həmçinin Ukrayna üçün təhlükəsizlik təminatlarının verilməsi sülh sazişinin əsas prinsipləri olmalıdır”, deyə Aİ komissarı bildirib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron dekabrın 3-də TF1 telekanalına müsahibəsində deyib ki, Qərb ölkələri NATO-nun şərqə doğru genişlənməsindən ehtiyat edən Rusiyaya təhlükəsizlik zəmanətlərini necə təmin edəcəkləri barədə düşünməlidirlər.

ABŞ Prezidenti Co Baydenlə müzakirə etdiyimiz şey sabah yaşamaq istədiyimiz təhlükəsizlik arxitekturasıdır. Biz nə etməyə hazırıq, Rusiyanın təhlükəsizliyinə zəmanət verərkən müttəfiqlərimizi və Avropa İttifaqına üzv dövlətləri necə qoruyacağıq?”, deyə Makron müsahibəsində bildirib.

Həmçinin Macarıstanın baş naziri Viktor Orban da iyul ayında Rusiyanın təhlükəsizlik zəmanəti verməsinin vacibliyindən danışıb.

Xatırladaq ki, 2021-ci ilin sonunda, Rusiya-Ukrayna münaqişəsinin başlamasına bir neçə ay qalmış Moskva ABŞNATO ilə qarşılıqlı təhlükəsizlik təminatları üzrə dialoq üçün şərtlərini yollamışdı. Rusiya Alyansdan şərqə doğru genişlənmədən imtina etməyi, Ukrayna və Gürcüstanı NATO-ya qəbul etməkdən imtina etməyi tələb edirdi. Lakin həmin vaxt ABŞ-dan və NATO-dan Rusiyanın bu tələblərinə rədd cavabı verildi. 2022-ci ilin əvvəlində Rusiya həm Vaşinqton, həm də Şimali Atlantika Alyansı ilə danışıqlar apardı və bunun ardınca ABŞ NATO-nun “açıq qapı” siyasətini dəstəkləməyə davam edəcəyini açıqladı.

Fevralın 21-də Rusiya Təhlükəsizlik Şurasının növbədənkənar iclasında xarici işlər naziri Sergey Lavrov Vladimir Putinə bildirib ki, Qərb Rusiyanın əsas təkliflərini, ilk növbədə NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı təkliflərini qəbul etməyə hazır deyil. Həmin gün Putin DXR və LPR-nin tanındığını elan etdi və bir neçə gün sonra, fevralın 24-də qoşunların Ukrayna ərazisinə daxil olması barədə göstəriş verdi.

Oktyabrın sonunda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Bayden arasında danışıqlar platforması Vaşinqtonun Moskvanın təklif etdiyi təhlükəsizlik zəmanətləri layihəsini yerinə yetirmək üçün ola bilər.

Hələ hərbi əməliyyatlar başlamazdan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski də Ukrayna üçün təhlükəsizlik təminatları sisteminin yaradılmasına çağırıb. Sentyabrın 13-də Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Kiyev üçün təhlükəsizlik təminatları haqqında müqavilə layihəsi üçün tövsiyələr təqdim ediblər. Sənədə əsasən, sazişi imzalayan ölkələr digər məsələlərlə yanaşı, hərbi yardımla bağlı öhdəliklər götürəcəklər. Müqavilənin mümkün tərəfləri arasında ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Türkiyə, Kanada, Avstraliya, Polşa, həmçinin Şimali Avropa və Baltikyanı ölkələr var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar