Dünən Putinlə onlayn toplantıda olarkən Rusiya hökümət üzvlərinin işıqları sönüb...
PİA.az xəbər verir ki, dünən Putinin Nazirlər Kabineti ilə keçirdiyi onlayn iclas zamanı bir çox nazirliklərdə elektrik enerjisi kəsilib. Rusiya mətbuatı yazır ki, “Moskva siti”də üç göydələn işıqsız qalıb və bu zaman Kabinet üzvləri Putinlə iqtisadi problemləri müzakirə ediblər.
Elektrik enerjisi kəsilən Nazirliklər arasında İqtisadi İnkişaf Nazirliyi, Ticarət Nazirliyi, Rabitə Nazirliyi də olub.
Birdən-birə üç Nazirliyin tamamilə qaranlğa qərq olması Putinin keçirdiyi iclasın yarıda kəsilməsinə səbəb olub. İqtisadi İnkişaf Nazirliyinin, Ticarət Nazirliyinin və Rabitə Nazirliyinin rəhbərləri isə bir müddət qaranlıqda oturmağa məcbur olublar.
pia.az