Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Robert Mobili: "Şükür ki, Pasxa bayramını işğaldan azad olunan Qarabağda,qeyd edirik"

“Bu, Xudavəng monastrını 5-ci ziyarətimizdir. Artıq müqəddəs bayramlar olanda buraya gəlirik. Bu gün Pasxa bayramı ilə əlaqədar monastrı ziyarət etdik”.

APA-nın Kəlbəcərə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri bu gün Kəlbəcərdə Xudavəng monastrını ziyarət edən Azərbaycan Alban-Udin Xristian dini icmasının sədri Robert Mobili deyib:

"Bu ziyarətdə bizim icmadan başqa Azərbaycanda fəaliyyət göstərən başqa xristian icmalarının nümayəndələri də iştirak edirlər. Həmçinin Azərbaycan Bibliya Cəmiyyətinin üzvləri də buradadırlar. Hamımız birlikdə dualar elədik. Şükür ki, biz bu bayramı Qarabağda, işğaldan azad olunan Kəlbəcərdə qeyd edirik. Dualarımızda hər zaman şəhidlərimizi yad edirik. Onlara Allahdan rəhmət diləyirik. Dualarımızda Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinə, ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirik ki, bizə bu cür şərait yaradıb. Monastrda dualarımızı həm Azərbaycan dilində, həm rus dilində, həm də qədim alban dilinə oxuduq”.

Qeyd edək ki, bu gün Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdəki Xudavəng məbədinə Alban-Udi dini icması və digər xristian icmalarının səfəri təşkil olunub.

Mənəvi Dəyərlərin Təbliği Fondunun və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin daşıyıcısı olan Alban-Udi xristian dini icmasının, eləcə də digər xristian dini konfessiyaların üzvləri və mətbuat nümayəndələri iştirak edib. Dini icmanın üzvləri qədim alban məbədində dini ayin icra edib, dualar oxuyub, ibadət edədək şamlar yandırıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar