Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubov gürcüstanlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxaria ölkəmizə ikigünlük işgüzar səfərə gəlib


Fevralın 15-də daxili işlər naziri R.Usubov gürcü həmkarı G.Qaxarianı qəbul edib. Səmimilik və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı nazirlər xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə, müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq uğurla inkişaf etdiyini, belə görüşlərin əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verdiyini bildiriblər. Təmsil etdikləri ölkələrdə cinayətkarlıqla mübarizənin vəziyyəti və kriminogen durum barədə məlumat verən nazirlər onu da məmnunluqla vurğulayıblar ki, ictimai asayişin qorunmasının yüksək səviyyədə təşkili, daxili sabitlik və təhlükəsizliyin təmin olunması, bütün sahələrdə olduğu kimi, eyni zamanda hər iki respublikada turizmin inkişafına da öz müsbət təsirini göstərir.

Nazirlər ötən illər ərzində Daxili İşlər nazirlikləri arasında imzalanmış sənədlərin, həmçinin “Azərbaycan Respublikasının və Gürcüstanın sərhəd bölgələri daxili işlər orqanlarının əməkdaşlığı haqqında” Sazişin icrasının xüsusilə sərhədyanı bölgələrin daxili işlər orqanları arasında sıx işbirliyinin və işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratmasından, bunun informasiya və təcrübə mübadiləsində özünü daha qabarıq şəkildə göstərməsindən, transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində səmərəli əməkdaşlığın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etməsindən məmnunluqlarını bildiriblər.

Problemlərə toxunularkən narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin daim diqqət mərkəzində dayandığı, onlara qarşı səmərəli mübarizənin yalnız birgə səylərlə mümkünlüyü qeyd olunub.

Səmimi qəbula və əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyətinə görə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubova minnətdarlığını bildirən Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxaria ikitərfli əlaqələrin inkişafına böyük önəm verdiklərini, bunun üçün gələcəkdə də səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - Video

Ən çox oxunanalar