Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: “Şahruddin barədə sual verməyə tələsirsiniz”

“Şahruddin və ya digər futbolçular barədə sual verməyə, transfer məsələlərinə tələsirsiniz”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşada “Rakuv”a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, futbolda qaçılmaz hallar olur: 

“Kənardan hər şey fərqli görünə bilər. Amma epizoda yaxın olsan, başqa fikirdə ola bilərsən. Top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Transferlərimizi yerli-yerində etməyə çalışırıq. İstənilən an ola bilər. Əvvəlcədən heç nə deyə bilmərəm. Komandamdan razıyam. Buraya hücum futbolu göstərməyə gəlmişdik. Düşünürəm ki, futbolçularım bunu bacardılar”.

O, futbolçularının çox yaxşı oyun göstərdiyini söyləyib: 

 
“Hər birindən həddindən artıq razı qaldım. Həqiqətən əsl Çempionlar Liqası matçı idi. Meydanda iki çox yaxşı kollektiv mübarizə apardı. İlk hissədə daha qapalı futbol gedirdi. İkinci yarıda isə boş sahələr çox oldu. Futbolçularım çox əziyyət çəkdilər. Böyümək üçün faydalı oyun oldu. Rəqibi daha yaxından tanıdıq. Bakıda daha diqqətli olmağa çalışacağıq. “Rakuv” elə komandadır ki, futbolçuları ani diqqətsizlikdən qol vura bilirlər. İnanıram ki, evdə daha yaxşı oynayacağıq”.

Qurbanov “Rakuv”la matçda fərdi səhvlər və diqqətsizlik olduğunu gizlətməyib: 

“Rəqibin necə hücum edəcəyini, demək olar ki, bilirdik. İlk qol texniki səhvdən buraxıldı. Düzülüşdə bir az gecikdilər. Bilmirəm, bəlkə, kənardan fərqli görünür. Oyuna yenidən baxacağam. İlk hissədə xeyli sayda qol epizodlarımız oldu. İkinci yarının haradasa 10-15 dəqiqəsində əvvəlki dinamikanı yaxalaya bilmədik. Get-gedə fəallaşmağa başladıq. “Rakuv” oyuna görə bizi üstələmədi. Düzdür, qollar vurdular. Üçüncü qol sırf fərdi ustalıqla bağlı idi. Belə qollar nadir hallarda olur. Ədalətli nəticə, bəlkə də, bərabərlik idi. Buraxılan sonuncu qol bizi daha məsuliyyətli olmağa vadar edəcək. Bu isə komandamın faydasına olacaq”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Poliqon.info 


Etiket: Qurban Qurbanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar