Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub - Foto

Quba rayonunun Xucbala kəndində yerləşən Elnur Mirzəyevə məxsus təsərrüfatda iribuynuzlu heyvan tələf olub...

APA-nın Şimal bürosu xəbər verir ki, təsərrüfatda olan 3 baş inək gecə naməlum səbəbdən ölüb. Təsərrüfat sahibi bildirib ki, axşam həmişə olduğu kimi heyvanlara qulluq edib, işığı söndürüb, qapını bağlayıb. Səhər tövləyə gələndə isə heyvanları ölmüş vəziyyətdə görüb.

Əraziyə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəlib, heyvanların cəmdəklərindən nümunələr götürülüb. Onlar ilkin ehtimal olaraq, iribuynuzlu heyvanların elektrik cərəyanı vurması nəticəsində tələf olduğunu açıqlayıb. Təsərrüfat sahibi isə, gecə saatlarında tövlədə elektrik cərəyanı olmadığını qeyd edir. Heyvanların müəmmalı ölümünün dəqiq səbəbi aparılan araşdırmaların sonunda məlum olacaq.

Qeyd edək ki, həmin iribuynuzlu heyvanlar fermer Elnur Mirzəyevə Dövlət Məşğulluq Xidməti tərəfindən 3 il öncə verilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ən çox oxunanalar