Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qorxduğum budur ki, hadisələr tezliklə Türkiyəyə keçə bilər”

“Şimali Afrika ölkələrində – Liviya, Əlcəzair və Sudanda yenidən başlayan “Ərəb baharı” düşünülmüş siyasətin nəticəsidir”

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev belə deyib.

Ekspertin fikrincə, bölgədə yaranmış qarışıq situasiya ABŞ və İsraildən qaynaqlanır:

“Buna adekvat olaraq, yaxın 1-2 il ərzində İsrailin ən böyük planı Fələstin adlı dövləti yer üzündən silməkdir. Ərəb dünyasından ehtiyat edirlər. Buna görə də, 2010-cu ildən ərəb dünyasında “Ərəb baharı” adıyla başlayan prosesi zaman-zaman davam etdirirlər. Bu, yəhudi planıdır. Bu inqilabi proses Suriyada dayandırıldı. Bu baxımdan təsadüfi deyil ki, İsrail Baş naziri ABŞ-a paralel olaraq, Rusiyanı da əlində saxlayır. Bu gedişlər də ərəb dünyasını parçalamağa xidmət edən gedişlərdir.

Təsadüfi deyil ki, Liviya məsələsi yenidən gündəmə gəlib. Liviyada hakimiyyətə iddia edən Xəlifə Hafner Rusiyaya yaxın adamıdır. Özü də Rusiyada təhsil alıb və rusdillidir. Onun arxasında duran qüvvələr də Rusiyanın maraqlarına xidmət edir”.

Cümşüd Nuriyev Sudanın da Rusiyaya yaxın dövlət olduğunu hesab edir:

“Bu ölkədə dövlət çevrilişinə cəhd də bununla bağlıdır. Çünki onlar Sudandan əvvəl Efiopiyanı da parçalamışdılar. Bu baxımdan, Əlcəzair və Sudanda gedən inqilabi proseslər davamlı ola bilər.

Suriyada həmin qüvvələrin dişləri qırılsa da, bu prosesin davam etdirilməsinə çalışacaqlar. Çünki Şimali Afrikada vəziyyət qarışdıqca, Avropaya miqrant axını güclənəcək. Bu da ABŞ-a lazımdır ki, Avropa da qarışsın. Miqrant axının artmasıyla Avropa iqtisadi olaraq tənəzzülə uğraya bilər. Həmçinin miqrantların Avropaya üz tutması, mədəniyyətlərarası toqquşma da yaradacaq”.

Politoloqun sözlərinə görə, Şimali Afrikadakı proseslərin davamlı olması ehtimalı yüksəkdir:

“Mənim qorxduğum budur ki, hadisələr tezliklə Türkiyəyə keçə bilər. Çünki Türkiyədəki hazırkı siyasi qarşıdurma ərəb dünyasının müdafiəçisi olan bir dövlətin ən azı qarışması ilə nəticələnə bilər. Bunun ilkin işartıları var. İstabulda keçirilmiş bələdiyyə seçkiləri üzərində yaranmış qarşıdurma, Ərdoğanın Moskvadan qayıtmasından sonra ABŞ-ın Türkiyəni təhdid etməsi o deməkdir ki, Şimali Afrikada gedən inqilabi proseslərin Türkiyəyə keçməsi ehtimalı yüksəkdir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar