Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan “Taliban”ı qadağa siyahısından çıxarıb

Qazaxıstan hakimiyyəti Əfqanıstanın “Taliban” hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib...

Bu barədə Respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

Qazaxıstan mütəmadi olaraq ölkədə qadağan olunmuş terror təşkilatlarının siyahısını yeniləmək üçün onu nəzərdən keçirir. Qeyd olunan proses çərçivəsində BMT-nin təcrübəsinə uyğun olaraq “Taliban” hərəkatının bu siyahıdan çıxarılması barədə qərar qəbul edilib. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə uyğun olaraq “Taliban” hərəkatı BMT TŞ tərəfindən terrorçu kimi tanınan təşkilatların siyahısına daxil edilməyib”, - deyə Smadiyarov izah edib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qazaxıstanla “Taliban” arasında diplomatik əlaqələrin necə inkişaf edəcəyinə dair sualı da cavablandırıb.
“Siyasi əlaqələrə gəldikdə, vurğulamaq istərdim ki, Qazaxıstan bundan sonra da Təhlükəsizlik Şurası və BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş qərar və qətnamələrə ciddi şəkildə əməl edəcək”, - deyə o qeyd edib.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar