Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağın orta məktəblərində “Son zəng” qeyd olundu

İyunun 14də Qaradağ rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olundu

Ələt qəsəbəsindəki S.Məmmədov adına 110 saylı orta məktəbdə keçirilən “son zəng” tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Təhsil Nazirinin müavini cənab Firudin Qurbanov, rayon ictimaiyyətinin nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak etdilər.
Rayon məktəblərində tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılaraq, bu günün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etdilər.

Hər bir tədbir Azərbaycanın Dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı.

Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıldı, rayonumuzda son illər ərzində təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsini təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amil kimi qiymətləndirdilər. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.

Lökbatan qəsəbəsində yerləşən F.Rəfiyev 166, E.Həsənov adına 139, Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına 228, Ələt qəsəbəsindəki S.Məmmədov adına 110, Puta qəsəbəsindəki K.Yaqubov adına 184, Qobustan qəsəbəsindəki 321, Müşfiqabad qəsəbəsindəki E.Şirəliyev adına 174 nömrəli tam orta məktəblərdə keçirilən “Son zəng” mərasimləri daha yaddaqalan oldu.
Tədbirlərdə çıxış edənlər müstəqil həyatın astanasında duran məzunlarımıza gələcək həyatlarında uğurlar dilədilər, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar