Bazar, 26 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu

17.03.2023-cü il tarixində Novruz bayramı münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini özündə ehtiva edən ən əziz bayramımız olan Novruz bayramı geniş qeyd olundu...

Poluqon.info xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, RİH başçısının müavinləri və şöbə müdirləri, Şura üzvləri, YAP Qaradağ Rayon Təşkilatının nümayəndələri, şəhid ailələri, qazilər, mədəniyyət evləri, məktəb, bağça kollektivi və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi münasibəti ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov rayon ağsaqqalları və Vətən Müharibəsi qaziləri birgə bayram tonqalını yandırdı. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşaiyət edirdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevAzərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Ulu Öndərin qoyduğu ənənələri davam etdirərək xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görürlər.
Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qaldı. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırıldı. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etdi, məktəblilər şeir oxudular, gənc pəhləvanlar meydan mübarizəsinə çıxdılar. Onlardan geri qalmayan kəndirbazlar da öz məharətlərini göstərdilər. At belində çaparların və xoruz döyüşdürənlərin hərəkətləri maraqla izlənildi.

Öz yaradıcılıq nümunələrini əhaliyə təqdim edən məktəb, bağça və mədəniyyət müəssisələri bayram gəzintisinə çıxanları Novruz şirniyyatlarına qonaq etdilər.
Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradırdı.
Tədbir rəngarəng bayram konserti ilə davam etdi.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Limonu 4 yerə bölüb otağınıza qoyun: Həyatınızı xilas edəcək

Yevgeni Fyodorov-"Vəziyyəti qızışdıran İrəvan deyil"

Bu dəfə dəfn mərasiminə gedən müğənnilərə söz atdı

Azərbaycanın neçə Milli Qəhrəmanı var, kimlər sağdır? - Siyahı

Türkiyə millisi İrəvanda Ermənistana qalib gəldi - Video

Onlar varlanmaq üçün doğulub - Ən zəngin 6 bürc

Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi

Xankəndidə aktivlik artdı: yeni mübarizə başlayır?

Özcan Dənizin döyülmə anının kadrları yayıldı - Video

Ermənistanda azarkeşlər Türkiyənin himnini fitə basıb

İlham Əliyev 1 həftə əvvəl xəbərdarlıq etmişdi - Ordumuz hərəkətə keçdi: Yollar nəzarətə götürüldü

Ən çox oxunanalar