Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ danışıqlarının Moskvadan Vaşinqtona daşınması... - Real sülh, yoxsa diplomatik görüntü?

Müzakirələrin Moskvadan Vaşinqtona daşınması nəticəli sülhün əldə edilməsinə hansısa impuls verə bilər?

Politoloq: “Bu gün Rusiya müəyyən mənada bu prosesdə neytral qalmağa üstünlük verirsə, demək ortada konkret geosiyasi hədəflər var və ABŞ-da bunu bilməmiş deyil”.

“Qarabağ danışıqlarının Vaşinqtona köçürülməsi ABŞ-da seçki öncəsi atılmış addımdır”.

Bu sözləri politoloq Natiq Miri sabah keçiriləcək AzərbaycanErmənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Katibi Mayk Pompeo oktyabrın 23-də Vaşinqtonda AzərbaycanErmənistanın Xarici İşlər Nazirləri ilə görüşəcək.

Yayılan məlumata görə, cümə günü sabah Mayk Pompeo öncə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla, sonra isə, Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyayn ilə görüşəcək.

Qeyd olunan görüşlərin baş tutub-tutmayacağı haqqında hələlik dəqiq rəsmi məlumat yoxdur.

Görüşün əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi və münaqişə zonasında aparılan hərbi əməliyyatlar olacaq.

Bilirik ki, ABŞ münaqişənin həllində Rusiyanın mövqeyini müdafiə etdiyini bildirib. Müzakirələrin Moskvadan Vaşinqtona daşınması nəticəli sülhün əldə edilməsinə hansısa impuls verə bilər, yoxsa Vaşinqton sadəcə diplomatik görüntü yaradır?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Rusiyanın edə bilmədiyini ABŞ-ın edə biləcəyi o qədər də inandırıcı görsənmir”.

Paşinyanın sülh masası ərtafında indi qalib olan Azərbaycan tərəfinin diqtə edən tərəf olduğunu anladığını nəzərə çatdıran politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Paşinyan Qarabağın Azərbaycana qaytarılmasının altından imza atmalıdır. Belə bir imzanın atılması Paşinyan hökuməti üçün çox acınacaqlı bitə bilər:

ABŞ Rusiyanın mövqeyini müdafiə edir, deyəndə söhbət atəşkəsin təmin olunması və prosesi sülh masası ərtafında davam etdirməyi özündə ehtiva edir. Yəni ABŞ dolayısı ilə bunu demək istəyir.

Düşünmürəm ki, indiki vəziyyətdə Qarabağ cəbhəsində aktiv hərbi fazanı dayandırmaq mümkün olsun. Açığı tərəflər də bu yöndə konkret maraq göstərmirlər. Bildiyimiz kimi Azərbaycan daha çox hərbi sahədə prosesi başa çatdırmaq istəyir və bütün ərazilər üzərində hərbi yolla öz suverenliyini bərpa etmək istəyir. Bundan sonra əlbəttə ki, bu ərazilərdə Azərbaycan birmənalı olaraq söz sahibi olacaq və hansısa muxtariyyət, danışıqlardan söhbət getməyə bilər. Bu baxımdan Azərbaycan bu məsələdə maraqlıdır.

Ancaq məsələ burasındadır ki, Ermənistandakı hökumət başçısı Paşinyan da bu məsələdə daha çox maraqlıdır. Dünən Facebook sosial şəbəkəsində yarım saatlıq çıxışında Paşinyan vurğuladı ki, artıq Qarabağ probleminin sülh masası ərtafında həlli perspektivi yoxdur. Dolayısı ilə Paşinyan prosesin hərbi yolla sona qədər gedəcəyinə işarə vurdu. Bu da o deməkdir ki, Paşinyan hərbi üstünlüyün Azərbaycan tərəfindən olduğunu anlayır. Bu üstünlüyü də Ermənistan indiki sınıq-salxaq orudusu ilə Azərbaycandan ala bilməyəcək. Buna görə də sona qədər döyüşərək daha çox məğlub olmaq istəyir.

Natiq Miri: “Paşinyan siyasi hakimiyyətini xilas etməyin yeganə yolunu müharibəni sonra qədər davam etdirməkdə görür”.

Paşinyan onu da anlayır ki, sülh masası ərtafında indi qalib olan Azərbaycan tərəfi diqtə edən tərəf olduğu üçün Qarabağın Azərbaycana qaytarılmasının altından imza atmalıdır. Belə bir imzanın atılması Paşinyan hökuməti üçün çox acınacaqlı bitə bilər. Çünki revanş götürmək istəyən Qarabağ klanı, eyni zamanda erməni cəmiyyəti bunu Paşinyan hökumətinə bağışlamayacaq. Bu da hökumətin devrilməsinə gətirib çıxaracaq. Buna görə də Paşinyan siyasi hakimiyyətini xilas etməyin yeganə yolunu müharibəni sonra qədər davam etdirməkdə görür.

Paşinyan məğlub olandan sonra deyəcək ki, ən yeni silahlarla silahlanmış Azərbaycan, Türkiyə və Pakistan ordusunun qarşısında rəşadətli erməni ordusu son qanına qədər döyüşərək məğlub oldu. Yəni onun durumunda bu fərziyyəsini ortaya atmaqdan başqa bir yol yoxdur.

Hazırda onlar bu yöndə ictimai rəydə çox ciddi şəkildə işləyirlər. Buna görə də, “mən Qarabağı Azərbaycana veriləcək sənədin altından imza ata bilməzdim”, deyəyək, Paşinyan ictimai rəyi hazırlayır. Düşünür ki, belə bir fikri ortaya atmaqla ən azından siyasi hakimiyyəti xilas etmək mümkün olacaq.

Həmçinin Rusiyanın Ermənistanı satdığını və Azərbaycana silah verdiyini, Ermənistanı bu çətin günlərdə dəstəkləmədiyini, KTMT-nin də Ermənistana kömək etmədiyini dəfələrlə ictimai rəyə təqdim ediblər. Yəni onlar meydanda Ermənistan tək qaldı və 3 möhtəşəm orduya məğlub oldu fikirini suni şəkildə yardıb təqdim edirlər.

Əlbəttə ki, Paşinyan hakimiyyətinin bu fikirləri həqiqət deyil. Azərbaycanın müasir ordusu var və hər hansı Pakistan, Türkiyə ordusunun prosesdə iştirakına lüzum yoxdur. Ancaq Ermənistan fərz edir ki, qarşı tərəfi daha güclü göstərməklə meydanda tək qalan Ermənistan ordusunun məzlum göstərə biləcək.

Natiq Miri: “AzərbaycanErmənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü “görüş” xatirinə görüş olacaq”.

Düşünürəm ki, Qarabağ danışıqlarının Vaşinqtona köçürülməsi ABŞ-da seçki öncəsi atılmış addımdır.Çünki ABŞ-da anlayır ki, hər hansı görüşü təmin etməklə atəşkəsi təmin etmək mümkün deyil. Ayrıca ABŞ onu da anlayır ki, hətta atəşkəsi bir günlük təmin etsələr belə bu prosesin qarşısını almaq mümkün deyil. Çünki Ermənistan rəhbərliyi sülh danışıqları masasına hazır deyil və Paşinyan sülh masası ərtafında gələcək siyasi perspektiv görmür. Əksinə sülh masası ətrafında Paşinyan hakimiyyətinin acınacaqlı halını gördüyü üçün hərbi yolla problemin davamında maraqlıdır.

Buna görə də düşünürəm ki, bu sadəcə hansısa siyasi mənfəətlər xatirinə edilmiş bir jestdir. Çünki Rusiyanın edə bilmədiyini ABŞ-ın edə biləcəyi o qədər də inandırıcı görsənmir. Bildiyimiz kimi Rusiyanın Azərbaycana və Ermənistana təsir imkanları daha çoxdur. Bu gün Rusiya müəyyən mənada bu prosesdə neytral qalmağa üstünlük verirsə, demək ortada konkret geosiyasi hədəflər var və ABŞ-da bunu bilməmiş deyil. Buna görə də xarici işlər nazirlərinin Vaşinqton görüşü “görüş” xatirinə görüş olacaq. Ola bilsin yenə müəyyən bəyanatlar səsləndiriləcək. Atəşkəs və substantiv danışıqlara qayıdılması haqqında fikirlər deyiləcək. Amma cəbhədə yenə də hərbi proses aktiv halda davam edəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay