Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” Çempionlar Liqasında mərhələni keçdi

Azərbaycanda koronavirus pandemiyası səbəbindən martda dayandırılan futbol yarışlarındakı fasiləyə son qoyulub.

PİA.az-ın məlumatına görə, 5 aylıq məcburi fasilə bu gün "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki oyunu ilə başa çatıb.

Azərbaycan çempionu Şimali Makedoniya təmsilçisi "Sileks"lə üz-üzə gəlib. Ölkəsində ikinci yeri tutan, lakin çempion "Vardar"ın cəzası olduğu üçün Çempionlar Liqasında iştirak hüququ qazanan Kratovo klubu ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin aşkar üstünlüyü şəraitində keçib. Xayme Romeronun hesabı açdığı görüşdə Vild-Donald Gerye qayıdışını dublla qeyd edib. Matçda son nöqtəni Mahir Emreli qoyub – 4:0.

UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarət olduğundan, darmadağınla qalib gələn “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib. Qurban Qurbanovun komandasının növbəti görüşdəki rəqibi “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü olacaq. Bu oyun sabah keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

18 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) - 4:0

Qollar: Romero, 11, Gerye, 40, 51, Emreli, 80

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Vild-Donald Gerye, 8. Uroş Matiç, 18. İmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 17. Abdullah Zubir, 11. Mahir Emreli,

Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 27. Kvabena Ovusu, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev

Baş məşqçi: Qurban Qurbanov

 

“Sileks”: 1. Daniel Bojinovski, 5. Srcan Darşkoviç, 6. Xristian Qrozdanoski, 22. Angels Timovski, 26. Daniel Karçeski, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 27. Deyan Tanturovski

Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Spirkoski, 10. Miloş Jeravitsa, 9. Stefan Curiç, 11. Kristian Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski

Baş məşqçi: Qoran Simov

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. (Apasport)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar