Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin məşuqəsinin mamaçası İsveçrədə müəmmalı şəkildə ölüb…

Bu qəfil ölüm jurnalistlər Natalya Tiebonun Putin ailəsi ilə əlaqəsini açıqladıqdan az sonra baş verib…

Rus əsilli həkim Natalya Tiebo (Kondratieva) İsveçrədə müəmmalı şəkildə dünyasını dəyişib.

Poliqon.info Daily Mirror nəşrinə istinadən xəbər verir ki, o, ən azı iki dəfə Rusiya prezidentinin məşuqəsi, gimnast Alina Kabayevanın uşaq dünyaya gətirməsində həkimlər qrupunun rəhbəri olub.

Tiebo Ukraynada baş verən hərtərəfli müharibənin birinci ildönümündə, fevralın 24-də İsveçrədə vəfat edib. Bu, Rusiya mətbuatının Putinin gizli uşaqlarının dünyaya gəlməsindəki rolu ilə bağlı material dərc etməsindən bir neçə gün sonra baş verib. Ölümündən iki həftədən az bir müddət əvvəl Tiebo İsveçrənin Jerına Medıcal SA mamalıq və ginekologiya şirkətinin baş direktoru vəzifəsini icra edib.

Onun partnyoru Corcio Qrandini tərəfindən yerli mediada dərc edilən ölüm bildirişində Tiebonun Putinin uşaqlarının dünyaya gəlməsindəki rolu barədə heç nə deyilmir. Tiebonun ölüm səbəbi də açıqlanmayıb. Onun onkoloqların himayəsində olduğu və ölümündən bir gün sonra kremasiya edildiyi məlum olub.

Tiebo uzun müddət İsveçrədə yaşayıb. Sosial şəbəkələrdəki paylaşımlarında o, Putinlə şəxsi əlaqələrə eyham vurub. Xüsusilə, 2020-ci ildəki paylaşımı daha çox diqqət çəkib:

“O, bütün Ana Rusiyanın yeganə Atasıdır! Məni unutmadığınız üçün təşəkkür edirəm”, deyə Tiebo yazıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Göygöldə yük və minik avtomobilləri toqquşub  

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Ən çox oxunanalar