Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin ABŞ-a Ukraynanın NATO-ya üzvlüyünü qəbul etməyə hazır olduğu barədə siqnal göndərib

Vladimir Putin dekabrda Vaşinqtona Ukraynanın neytral statusundan imtina imkanlarını müzakirə etməyə hazır olduğu barədə siqnal göndərib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi Kremlə yaxın iki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Vaşinqton bunun tələ ola biləcəyinə inanır.

Qeyd edilir ki, Ukraynanın NATO-ya üzv olması məsələsi müharibənin əsas səbəblərindən biri idi.

Nəşrin mənbələri bildiriblər ki, siqnallar keçən ay ABŞ-ın yüksək rütbəli məmurlarına adlarını açıqlamaqdan imtina etdikləri vasitəçi tərəfindən ötürülüb.

Mənbələrin fikrincə, Putin Ukraynanın bitərəf olması tələbindən əl çəkməyi və hətta nəticədə NATO-ya mümkün üzvlüyünə qarşı çıxmağı dayandırmağı düşünür. Amma bunun üçün Ukrayna hazır olmadığı qiyməti ödəməlidir. Belə ki, Kreml bunun müqabilində işğal olunmuş Ukrayna ərazisi üzərində nəzarətinin tanınmasını istəyir.

Kremlin sözçüsü Dmitri Peskov Bloomberg-in sualına cavabında deyib:

Prezident Putin dəfələrlə Rusiyanın Ukrayna ilə bağlı danışıqlara açıq olduğunu, indi də açıq olduğunu və açıq olacağını bildirib. Lakin biz məqsədlərimizə çatmaqda qərarlıyıq və biz bunu diplomatik yolla etməyə üstünlük verərdik. Əks halda, biz hədəflərimizə çatana qədər hərbi əməliyyat davam edəcək”.

Bloomberg-in danışdığı ABŞ rəsmiləri Putinin bu təklifinin şübhəli olduqlarını bildiriblər. Onlar deyiblər ki, Putinin müharibəni bitirmək istədiyinə dair heç bir əlamət görmürlər.

Bir çox ekspertlər də Putinin bu niyyətinə şübhə ilə yanaşır. Ağ Evin Rusiyadan məsul keçmiş yüksək vəzifəli məmuru Fiona Hill deyib ki, Moskva hər kəsin gizli bir kanal olduğunu düşünməsindən faydalanır və bu kanal qədər məxfidir ki, bu barədə heç kim bilmir və bu, ukraynalıları qorxudur.

“Ruslar kanalın mövcud olduğu və hər şeyin ABŞ-dan asılı olduğu təəssüratı yaradaraqbizim köməyimizdən istifadə etmək istəyir. Bu, klassik rus tamaşasıdır”, deyə Hill əlavə edib.

Bloomberg yazır ki, Rusiyanın danışıqlara açıqlığına dair göstərişlər səmimi olmasa da, Ukraynanın müttəfiqləri arasında parçalanma yaratmaq, Kiyevi təcrid etmək və prezident Vladimir Zelenskinin Rusiyanın Ukraynadan tamamilə çıxmasını ehtiva edən öz sülh formulasına dəstək qazanmaq səylərini sarsıda bilər.

“Bu, tələ, blef və ya pazı vurmaq üçün hiyləgər cəhd ola bilər. Ya reallıq ola bilər. Kimsə bu fərziyyəni sınaqdan keçirməyincə, biz heç vaxt dəqiq bilməyəcəyik”, deyə RAND Corp-un baş siyasətçisi Samuel Çarap Bloomberg-ə bildirib.

Qeyd edək ki, Moskvanın Qərbə Ukrayna ilə sülh danışıqlarına hazır olması barədə siqnallar göndərdiyi barədə ilk dəfə The New York Times qəzeti yazıb. Həmin məqalədə Rusiyanın Ukraynanın neytral statusu məsələsində mövqeyi daha mücərrəd şəkildə təsvir edilib. Nəşr yazıb ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı fikir ayrılıqları maneəyə çevrilməyəcək, çünki alyansın yaxın gələcəkdə bu ölkəni qəbul edəcəyi ehtimalı azdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar