Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident: Rusiya Moldaviyada çevriliş planlayıb…

Maya Sandu Rusiyanın Moldovada hərbi diversantların iştirakı ilə dövlət çevrilişi etmək planlarını açıqlayıb...

Moldova Prezidenti Maya Sandu hökumətin devrilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi məqsədilə ölkədə sabitliyi pozmaq üçün Rusiyanın plan hazırlandığını bildirib.

Poliqon.info bildirir ki, bu barədə Moldavanın Point.md nəşri məlumat yayıb. Sandu bu barədə brifinqdə Rusiyada hazırlandığı iddia edilən Ukrayna kəşfiyyatından alınan plana istinadən məlumat verib.

Sandu bildirib ki, Kişinyov Ukrayna kəşfiyyatının məlumatlarını təsdiq edə bilib, bu məlumatlara əsasən, Rusiya Moldovada siyasi vəziyyəti destabilləşdirməyi planlaşdırır.

Söhbət Ukrayna prezidenti Vladimir Zelenskinin fevralın 9-da verdiyi bəyanatdan gedir. Ukrayna lideri deyib ki, o, Sanduya Rusiyanın Moldovada siyasi çevriliş planlaması barədə sənədlər verib. Zelenskinin sözlərinə görə, bu sənəddə Moldovanın demokratik nizamını pozacaq və dövlətə nəzarəti ələ keçirəcək çəxslər barədə məlumatlar var.

Sandunun bildirib ki, Ukrayna tərəfinin verdiyi sənədlərdə “hərbi hazırlıqlı, mülki geyimli diversantların” iştirakından bəhs edilir. Dövlət başçısı qeyd edib ki, vəziyyətin sabitliyini pozmaq üçün ələ keçirilən plana əsasən, onlar müxalifətin etiraz aksiyaları adı altında hökumət binalarına basqın etməli, girovları ələ keçirməliydilər.

“Ukraynalı tərəfdaşlarımızdan alınan sənədlər bu təxribatların təşkilinin yerlərinin və maddi-texniki aspektlərinin sənədləşdirilməsini nümayiş edir. Plan həmçinin ölkədən kənardan olan insanların zorakılıq aksiyaları üçün istifadəsini nəzərdə tutur”, deyə Moldova prezidenti bildirib.

Sandunun sözlərinə görə, bu materiallarda, xüsusən də Rusiya, Belarus, Serbiya və Monteneqro vətəndaşlarının Moldovaya giriş qaydaları ilə bağlı təlimatlar var. Bundan başqa, sabitliyin pozulması planının müəllifləri bəzi daxili qüvvələrə, xüsusən də cinayətkar qruplara, məsələn, rusiyayönlü “Şor” partiyasına, eləcə də moldovalı siyasətçi ilə əlaqələri ilə tanınan bir neçə şəxsə arxalanırlar.

“Bu hərəkətlərin məqsədi konstitusiya quruluşunu devirmək, qanuni hökuməti qeyri-legitimyolla dəyişdirməkdir. “Yeni hakimiyyət” bu da Aİ-yə inteqrasiya prosesini dayandırmaq üçün ölkəni Rusiyanın ixtiyarına verəcəkdi”, deyə Sandu vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar