Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Sankt-Peterburqa İlham Əliyevlə Nikol Paşinyanın görüşü baş tuta bilər...

Azərbaycan və Ermənistan liderləri Rusiyada səfərdədirlər...

İlyas Hüseynov: “Rusiya çalacaq ki, ilin sonunda Azərbaycan-Ermənistan treqində baş verən bütün prosesləri ümumiləşdirsin və öz diplomatik təşəbbüslərini irəli sürsün”.

“Əldə olunan razılaşmanın daha da inkişaf etdirilməsinə Rusiya səy göstərməlidir ki, çox mühüm bir vasitəçi kimi irəli çıxsın”.

Bu sözləri politoloq İlyas Hüseynov AzərbaycanErmənistan liderlərinin Sankt-Peterburqda səfərdə olmalarını Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin də bu gün Sankt-Peterburqa səfər yola düşüb. Hər iki lider MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edir.

Rusiya bu fürsətdən istifadə edib vasitəçilik missiyasını diqqət mərkəzinə gətirməyə çalışacaqmı və bu tədbirdə Azərbaycan-Ermənistan münasibətləri müzakirə obyekti ola bilərmi? Ümumiyyətlə, hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında sülh prosesində Rusiyanın vasitəçiliyini necə dəyərləndirmək olar?

Rusiyanın vasitəçilik səylərini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Rusiya çalacaq ki, hər iki ölkə liderini danışıqlar masasına dəvət etsin”.

Regiondakı və dünyadakı geosiyasi proseslər kontekstində Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda diplomatik mübarizənin getdiyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu mübarizədə Rusiya uduzmaq istəmirsə, sülh yönündə daha prinsipial və ardıcıl mövqe nümayiş etdirməlidir:

“Ənənəvi olaraq hər il Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti Baş tutur. Eyni zamanda Avrasiya İqtisadi Birliyinin də toplantısı keçirilir. Bu iki tədbir münasibəti ilə MDB məkanında bütün diqqətlər Sankt-Peterburqa yönəlir. Bu xüsusda Azərbaycan prezidenti İlham Əliyev də tədbirdə iştirak edir. Həmçinin tədbirdə iştirak etmək üçün dünəndən Ermənistanın Baş naziri Nikol Paşinyan da Sankt-Peterburqda səfərdədir.

Bunun özü müəyyən qədər surpriz oldu. Çünki Rusiyanın təşkil etdiyi son bütün tədbirlərdə Ermənistan iştirak etmirdi. Ermənistan MDB, KTMT, Avrasiya İqtisadi Birliyi müstəvisində bütün tədbirlərdən yayınmağa çalışırdı. Eləcə də, Ermənistan müavinləri səviyyəsində tədbirlərdə iştirak edərək tam olaraq Rusiyadan qopmadığını göstərirdi.

Sankt-Peterburqa cənab İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilə bilər. Rusiya çalacaq ki, ilin sonunda Azərbaycan-Ermənistan treqində baş verən bütün prosesləri ümumiləşdirsin və öz diplomatik təşəbbüslərini irəli sürsün. Rusiya üçün bu çox önəmli və aktual məsələdir. Cənubi Qafqaz Rusiya üçün həyatı vacib bir ərazidir. Məhz bu xüsusda, tez-tez dəyişən geosiyasi reallıqlar şəraitdə Rusiya bunu etməyə çalışacaq. Rusiya çalacaq ki, hər iki ölkə liderini danışıqlar masasına dəvət etsin.

İlyas Hüseynov: “Cənubi Qafqaz Rusiya üçün həyatı vacib bir ərazidir”.

Eyni zamanda diqqətə çatdırmaq istəyirəm ki, AzərbaycanErmənistan arasında sülh prosesi kontekstində rəsmi Bakı sülhlə bağlı öz mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Bu da sülh istiqamətində təmasların davam etdirilməsinin göstəricisidir.

Qeyd edim ki, danışıqlar müstəvisində müsbət dinamika da müəyyən olunmuşdu. Əsirlərin mübadiləsi, hər iki tərəfin bir-birini beynəlxalq müstəvidə dəstəkləməsi və etimad mühitinin gücləndirilməsi üçün Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistanın baş naziri aparatı arasında əldə olunan razılaşmanın əhəmiyyəti xüsusi vurğulanmalıdır.

Məhz bu əldə olunan razılaşmanın daha da inkişaf etdirilməsinə Rusiya səy göstərməlidir ki, çox mühüm bir vasitəçi kimi irəli çıxsın. Çünki geosiyasi proseslər kontekstində Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda diplomatik mübarizə gedir. Bu mübarizədə Rusiya uduzmaq istəmirsə, sülh yönündə daha prinsipial və ardıcıl mövqe nümayiş etdirməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - Video

Ən çox oxunanalar