Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politico: ABŞ Ukraynadakı münaqişənin “dondurulmasına” hazırllaşır...

Ukraynadakı vəziyyət Koreya yarımadasında və ya Hindistan və Pakistan arasında uzunmüddətli qarşıdurmaya çevrilə bilər...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri ABŞ administrasiyasının müzakirələri ilə tanış olan ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Nəşr yazır ki, Vaşinqton Ukrayna böhranının mümkün dondurulmasına hazırlaşır və bu, onilliklər davam edə bilər.

ABŞ hakimiyyəti Rusiya və Ukrayna arasında hərbi əməliyyatların uzun illər, hətta onilliklər boyu dondurulmuş münaqişəyə çevrilməsi ehtimalına hazırlaşır”, deyə nəşr yazır.

Politico-ya görə, belə bir variant “Ukrayna və Rusiyanın keçməməyə razılaşacağı, lakin rəsmi olması şərt olmayan potensial sərhədlərin müəyyənləşdirilməsini” nəzərdə tutur.

Mənbələrdən birinə görə, vəziyyətin bu ssenari üzrə inkişafı getdikcə aktuallaşır və ABŞ administrasiyası daha çox uzunmüddətli planlaşdırmaya diqqət yetirir, halbuki əvvəlki aylarda söhbət fövqəladə və qısamüddətli atəşkəsdə gedirdi.

Nəşr yazır ki, döyüş əməliyyatlarının dayandırıldığı, lakin tərəflərdən heç birinin özünü qalib elan etmədiyi və ya münaqişəyə rəsmi son qoyulmasına razı olmadığı dondurulmuş münaqişə də ABŞ və Ukraynanı dəstəkləyən digər ölkələr üçün uzunmüddətli siyasi məqbul nəticə ola bilər.

Beləliklə, Politico nəşribelə qənaətə gəlir ki, Ukraynadakı vəziyyət Koreya yarımadasında və ya Hindistan və Pakistan arasında uzunmüddətli qarşıdurmaya çevrilə bilər.

Mənbələr həmçinin bildiriblər ki, ABŞ hakimiyyəti təhlükəsizlik sahəsində Vaşinqton və Kiyev arasında uzunmüddətli əlaqələr və Ukraynanın NATO ilə münasibətləri haqqında düşünür.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar