Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polisə silahlı basqın edənlər məlum olur - “Hafka”nın həbs xəbəri yayıldı


BAKIDA ATIŞMA: polis rəisinin müavini yaralandı


Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Muşviq Mədətova hücum edən “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Məlumatlı mənbələrdən virtualaz.org-a bildirilib ki, onun avtomobilini təqib edən polislərə də o atəş açıb. Xatırladaq ki, atışma samanı Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb. Cinayətin motivləri bəlli deyil.

Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis oldu.

“AzPolitika.info” xatırladır ki,  “Transgeyt” nəqliyyat şirkətinin sahibi “Hafka”ləqəbi ilə tanınan Hafiz Məmmədov olub. Təsadüfü deyil ki, bu hadisədsə onun adı hallanır.

Belə ki, moderator.az keçmiş polis rəisi Müşfiq Mədətova qarşı silahlı basqın edən şəxslərin biznes aləmində tanınmış bir şəxsin mühafizə dəstəsinin üzvləri olduğunu bildirib: “Yeni aldığımız məlumata görə bu şəxs “Hafka”ləqəbi ilə tanınan Hafiz Məmmədovdur və hüquq –mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində o həbs edilib. Müşfiq Mədətovla Hafiz Məmmədov arasında yaranan konfliktin səbəbləri haqqında bəzi məlumatlar əldə etsək də, hələlik müəyyən dəqiqləşdirmələr aparılır və ətraflı informasiyaya sahib olan kimi sizin diqqətinizə çatdırılacaq”.

***
Dünən axşam vaxtı metronun “İçərişəhər” stansiyası yaxınlığında naməlum cinayətkarın Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bılçaqlaması barədə xəbər vermişdik.

Hadisənin Müşfiq Mədətov çayxanadan çıxarkən baş verdiyi bildirilirdi.

Onu da qeyd etmişdik ki, M.Mədətov ərizə ilə polisə müraciət edib.

Polis əməkdaşları cinayətkarların tutulmasına cəhd göstəriblər. Məlumatlı mənbələrdən virtuaz.org-a bildiriblər ki, cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar. Nəticədə Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.

“Report” xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu “Toyota Prado” markalı avtomobili izləyib.

Qara Qarayev prospekti, “Ruslan 93″ idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə “Toyota”ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri “Vinçestr” markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə canilər polisdən qaça biliblər. O.Axundzadə yaralanıb.

Polis zabiti sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (Eksperimental Xəstəxana)-ya yerləşdirilib. Hadisə zamanı onun damarı zədələnib. İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar