Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan “arzu etdiyi” kimi baş nazir seçilmədi - Politoloq isə Ermənistanda xaos vəd edir...

Bu gün Ermənistan parlamentində Paşinyanı yenidən Baş naziri “seçməyə” cəhd ediblər. Amma Nikol Paşinyan “arzu etdiyi” kimi baş nazir seçilməyib.

Politoloq: “Putin Paşinyan vasitəsilə Ermənistanı çox rahat şəkildə idarə edəcək”

“Paşinyan Rusiya üçün ən lazımlı rəhbərdir. Çünki SSRİ dağılandan sonra formal olaraq müstəqil olan Ermənistanda Nikol Paşinyan qədər Rusiyanın qarşısında əyilən və onun sözünə tabe olan ikinci lider olmayıb”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Bu ilin dekabr ayında Ermənistanda baş tutacağı gözlənilən növbədənkənar parlament seçkilərində Paşinyanın rolunu şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da Ermənistan İctimai Televiziyasının canlı yayımında istefa verdiyini bəyan edib. “Daha əvvəl dediyim kimi, mən bu gün baş nazir vəzifəsindən istefa verirəm. Bu istefanın məqsədi, baş nazir vəzifəsini tərk edərək, üzərimə düşən məsuliyyətdən boyun qaçırmaq deyil, əksinə, qeyri-zorakı, məxməri, xalq inqilabının məntiqi nəticəsinə çatdırmaq - tam hakimiyyəti xalqa qaytarmaqdır”, deyə televiziya çıxışında bildirən Nikol Paşinyanın istefası Ermənistanda növbədənkənar parlament seçkiləri prosesinin başlanmasına səbəb olub. Belə ki, Paşinyanın istefası onun tələb etdiyi kimi, dekabrın əvvəlində növbədənkənar seçkilərin keçirilməsinə imkan verir. Və demək olar ki, artıq Ermənistan parlamentinin buraxılması üçün formal prosedurlar başlayıb və faktiki olaraq Ermənistanda seçki marafonu start götürüb.

Onu da qeyd edək ki, Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti tərəfindən baş nazirin istefası qəbul olunduqda, Ermənistan hökuməti də istefa verir və Milli Məclisdə təmsil olunan fraksiyalar bir həftə ərzində baş nazir vəzifəsinə öz namizədlərini təklif edə bilərlər. 2015-ci ildə qəbul olunmuş Konstitusiyaya görə, hazırkı Milli Məclisin ləğv edilməsinə yalnız baş nazirin istefası yolu ilə nail olmaq mümkündür. Mövcud vəziyyətdə isə Ermənistanın Baş naziri vəzifəsinə yeganə namizəd Nikol Paşinyandır.

Parlamentin buraxılması üçün formal proseduru həyata keçirmək məqsədilə Ermənistanın Milli Məclisində Baş nazirliyə yeganə namizəd olan Nikol Paşinyanın namizədliyi ilə bağlı səsvermə keçirilib. Gözlənildiyi kimi bu səsvermədə Nikol Paşinyanın namizədliyi müdafiə olunmayıb. Səsvermədə isə demək olar ki, deputatlar iştirak etməyib. Parlamentdə çoxluq təşkil edən Respublikaçılar, “Tsarukyan” bloku və “Daşnaksütun” fraksiyaları əvvəlcədən elan etdikləri kimi, səsvermədə iştirak etməyiblər. Paşinyanın rəhbərlik etdiyi “Yelk” blokunun 11 üzvü səsvermədə bitərəf qalıblar. Beləliklə, Nikol Paşinyan “arzuldığı” kimi baş nazir seçilməyib.

Maraqlıdır, Paşinyanın seçkiləri uduzmaq ehtimalı varmı və yaxud əksinə hazırda müxalifətdə olan Respublikaçılar Partiyasının parlamentdə ciddi fraksiya yarada biləcəyini gözləmək olarmı? Rusiyanın bu seçkilərdə Paşinyana dəstək verməsi mümkündürmü? Ümumiyyətlə, seçkidən sonra Ermənistanda siyasi stabillik bərpa olunacaqmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Mübariz Əhmədoğlu: “Mövcud vəziyyətdə Paşinyan yanlız və yanlız Putinin ssenarisini reallaşdırır”.

İndiki şəraitdə Paşinyanın əsas dəstəkçisinin Putin olduğunu bildirən politoloq Mübariz Əhmədoğluya görə, parlament seçkilərinin gələn ilə qalacağı təqdirdə Paşinyanın uduzacağı və planlarının baş tutmayacağı gözləniləndir:

“Düşünmürəm ki, Ermənistanda parlament seçkiləri Nikol Paşinyanın ssenarisi üzrə baş tutacaq. Nikol Paşinyanın arzularının baş tutması ehtimalı çox azdır. Çünki Nikol Paşinyanın siyasi qüvvələr üçün hazırladığı ssenari demək olar ki, sıradan çıxmaq üzrədir. Yaxın zamanlarda Paşinyanın hazırladığı ssenarinin getdikcə daha çox dağılmasının şahidi olacağıq.

Paşinyan Ermənistanda baş verən prosesləri təhlil etmək və düzgün nəticə çıxarmaq iqtidarında deyil. Yəni, dərin analitik qabiliyyətə malik deyil. Paşinyanın verdiyi bəyanatlardan məlum olur ki, o, bir sıra məsələlərdə cəmiyyəti Serj Sərkisyanın üstün olduğuna inandırır. Serj Sərkisyanı hakimiyyətdən devirən Paşinyan indi Serj Sərkisyanın ətrafına peşəkarları topladığını bildiriir. Hətta dövlət məmuru kimi belə Paşinyanın bu çıxışının bir məntiqi yoxdur. Adama deyərlər, sən də ətrafına peşəkarları topla.

Hesab edirəm ki, artıq Ermənistanda Sasonlu dövrü (19-cu əsrin sonlarında ermənilərin Osmanlı ərazisində baş vermiş üsyanı. Burda başıpozuqluluq nəzərdə tutulur. red!) gəlib çatıb. Onlar Ermənistanın daxilində baş verən proseslərdə öz iştirakçılarını kifayət qədər artırırlar. Söhbət 2017-ci ilin iyun ayında Ermənistanda dövlət çevrilişinə cəhd edən “Sasna Tsrer” silahlı qruplaşmasından gedir. Hal-hazırda bu dəstə yeganə qüvvədir ki, hadisələrin siyasi kataklizmləriminə, hətta hərbi çevrilişə də hazırdır. Bu baxımdan noyabrın axırı, dekabrın əvvəllərində Ermənistanda tamamilə yeni və güclənmiş bir “Sasna Tsrer” silahlı qruplaşmasını görəcəyik və bu qruplaşma Ermənistanda vəziyyəti dəyişdirəcək.

Mövcud vəziyyətdə Paşinyan yanlız və yanlız Putinin ssenarisini reallaşdırır. Putinin sosioloqları Ermənistandakı vəziyyəti öyrəniblər və Putinə iki amili məruzə ediblər. Birincisi, Paşinyan Rusiya üçün ən lazımlı rəhbərdir. Çünki SSRİ dağılandan sonra formal olaraq müstəqil olan Ermənistanda Nikol Paşinyan qədər Rusiyanın qarşısında əyilən və onun sözünə tabe olan ikinci lider olmayıb. Putin bunu bilir və Paşinyana dəstək verir. Putinin Ermənistana təzyiq edən mütəxəssisləri ona məsləhət veriblər ki, Paşinyanın reytinqi sürətlə azalır. Bu azalma fonunda Paşinaynın yanlız dekabrın 20-nə qədər qələbə qazanmaq şansı var. Əgər seçkilər gələn il keçirilərsə, Paşinyanın reytinqi sürətlə aşağı düşəcək. Ona görə də Putin Paşinyanın baş nazir seçilməsinə dəstək verir.

Mübariz Əhmədoğlu: “noyabrın axırı, dekabrın əvvəllərində Ermənistanda tamamilə yeni və güclənmiş bir “Sasna Tsrer” silahlı qruplaşmasını görəcəyik və bu qruplaşma Ermənistanda vəziyyəti dəyişdirəcək”.

Putin zamanında Robert Koçaryana dəstək vermədi. Paşinyanın Rusiyadan acığı gələn vaxtlarda Putin Robert Koçaryana zəng edərək onu siyasətə qatdı. R. Koçaryan 10 il eks-prezident oldu, amma Putin rəhbərliyindən kimsə onu heç vaxt yada salmadı. Hətta Koçaryan Moskvada fəaliyyət göstərən çox iri kommersiya strukturlardan birinin maliyyə kooperasiyasının direktorlar şurasının üzvüdür. Yəni, 4-5 rəhbərindən biri idi. Koçaryan işi ilə əlaqədar olaraq ildə bir neçə dəfə Moskvada olurdu, amma heç bir Kreml rəsmisi onunla əlaqə saxlamırdı. Lakin Paşinyan dövründə Putin Koçaryana zəng edib, ad gününü təbrik etdi. Əslində bu addımı ilə Koçaryana dəstək verdi.

İndiki seçkilər dövründə isə Koçaryan Putinin adını hallandırsa da, heç bir Kreml rəsmisi ona dəstək vermir. Eyni zamanda Putin Serj Sərkisyanın və Respublikaçıların qabağa çıxmasına mane oldu. Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin qarşıdakı seçkilərdə özünəməxsus layihə reallaşdırmaqla, Nikol Paşinyana əks qüvvələri aktivləşdirmək istədi. Lakin Dövlət Dümasının sədri dərhal Zatulinin yalan danışdığını irəli sürdü. Hətta Zatulinin çıxışlarında anti-Azərbaycan məsələləri də var idi. Ancaq bizim rəsmilər də elə vaxtında müdaxilə etdilər.

Mübariz Əhmədoğlu: “Ermənistanda inkişafa şərait yaradan sabitliyin olması mümkün deyil. Ermənistanın inkişafı üçün Azərbaycan və Türkiyə ilə olan yolu açılmalıdır”.

Fakt odur ki, Kreml Rusiyadakı müəyyən ermənipərəstlərin və Ermənistandakı müəyyən siyasi qüvvələrin aktivləşməsinə imkan vermədi. Bu gedişatın özü də Paşinyana dəstəkdir. Bu o deməkdir ki, önümüzdəki dönəmlərdə də Putin Paşinyana dəstək verəcək. Putin Paşinyan vasitəsilə Ermənistanı çox rahat şəkildə idarə edəcək. Bu baxımdan parlament seçkilərində Putinin Paşinyana dəstəyi davam edəcək. Təbii ki, Paşinyan hansı səhvə yol vermədikcə bu dəstək davamlı olacaq.

##relatedPostMilli##Hal-hazırda Ermənistanda baş verənlər elə bir dövrə qədəm qoyur ki, biz vəziyyəti bu ilin aprel-may ayı ilə müqayisə edə bilərik. Ermənistanda hansı siyasi qüvvənin hansı mövqedə dayanacağını indidən söyləmək çətindir. Respublikaçılar Partiyasının nə qədər səs toplayacağını belə demək mümkün deyil. Respublikaçılar Partiyası yeni fürsət gözləyir. O vəziyyət yaranan kimi öz maraqlarına uyğun istifadə edəcək.

Bu baxımdan Ermənistandakı siyasi partiyaların mövqeyi barədə qəti bir fikir söyləmək doğru olmaz. Ermənistandakı siyasi stabillik parlament seçkilərinin keçirilməsindən asılı olacaq. Ermənistanda inkişafa şərait yaradan sabitliyin olması mümkün deyil. Ermənistanın inkişafı üçün Azərbaycan və Türkiyə ilə olan yolu açılmalıdır”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar