Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oruc Rəis” geri qayıtdı: Gözləniləndən tez qayıdışın səbəbi

Türkiyənin “Oruc Rəis” tədqiqat gəmisi Şərqi Aralıq dənizindəki bir aylıq fəaliyyətdən sonra dünən “Navtex” müddətinin bitməsinin ardından kabel və avadanlıqlarını toplayaraq Antalya Limanına qayıdıb. Gəminin NATO-da Türkiyə-Yunanıstan gərginliyi müzakirəsinə mane olmamaq üçün geri döndüyü xəbər verilir.
 
Türkiyə mediasının verdiyi məlumata görə, “Oruc Rəis”-in layihə yerində 10 Avqustda başlayan araşdırma işləri çərçivəsində təxminən 3500 kv. kilometrlik ərazidə seysmik informasiyalar toplayıb. 
 
Layihə çərçivəsində araşdırılması planlaşdırılan ərazinin ümumi sahənin isə 15 min kvadrat kilometr olacağı düşünülürdü. Gəminin ilk mərhələ fəaliyyətlərini tamamlamaq üçün 25 sentyabr tarixinədək bölgədəki fəaliyyətlərinə davam etməsi gözlənilirdi.
 
Qeyd edək ki, hazırda Türkiyə ilə Yunanıstanın hərbi nümayəndə heyətləri arasında NATO-nun mənzil-qərargahında “Sərhədlərı müəyyənləşdirmə prosedurları” müzakirə olunur. Müzakirələr mövzuları arasında hərbi qüvvələrin mümkün müdaxilələrinin qarşısının alınması tədbirləri də var və növbəti iclasın yaxın günlərdə keçirilməsinə qərar verilib. “Oruc Rəis” seysmik tədqiqat gəmisinin, köməkçi gəmilər “Ataman” və “Cengizhan”la birlikdə son bir ayda bölgədə apardığı fəaliyyətlər Türk Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilirdi. “Oruc Rəis”in mühafizəsinə 8 hərbi gəmi ayrılmışdı. (ovqat.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar