Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC-in son geopolitik pokeri: Neftin qiyməti sabitləşəcəkmi?

Ekspert: “OPEC qərarından 2 saat sonra birjalarda neftin qiyməti kəskin qalxsa da, sonradan birja oyunçuları anlaşmanın o qədərdə ciddi təsiri olmayacağını anladılar”

“Əgər ABŞ-da hasilatın artımı bu templə davam etsə, qiymətin aşağı enmə trendi davamlı olacaq. Qiymətin 60 dollardan da aşağı düşməsinə şahid ola bilərik”

Bu fikirləri PİA.az-a Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli son OPEC+ toplantısının nəticələri barədə məsələyə münasibət bildirərkən şərh edib.

Xatırladaq ki, dekabrın 6 və 7-də Vyanada OPEK-in növbəti toplantısı keçirilib. OPEC-in toplantısında neft bazarında baş verən proseslər, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda neft bazarında tələb və təklifin vəziyyəti, 2019-cu ildə OPEC üzrə neft istehsalının azaldılması və s. müzakirə olunub. 2019-cu ildə neftin qiymətində sıçrayışların olub-olmayacağı əsas sual doğuran məsələlərdəndir.

Bəzi analitiklər OPEK+-in Vyanada keçirilən son toplantısını geopolitik poker adlandırırlar. Bəziləri isə hesab edirlər ki, OPEK+ toplantısı ABŞ-ın maraqlarını nəzərə almayıb. Həm ABŞ prezidenti Donald Tramp, həm də ABŞ-ın digər rəsmiləri OPEK-in son toplantısından narazı qaldıqlarını gizlətmirlər. Bu üzdən də OPEC-in yeni sazişinin yerinə yetiriləməyəcəyi ilə bağlı şübhələr var.

OPEC+-in son toplantısında alınan qərarlarını neftin qiymətinin stabilləşməsi üçün yetərlidirmi? OPEK+-in son qərarları siyasi qarşıdurmaları daha da genişləndirə bilərmi və son nəticədə ticarət savaşlarının miqyası daha da böyüyə bilərmi?

Bu suallarla PİA.az-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Səudiyyə də başa düşürdü ki, ABŞ-ın dediyini etsə və hasilatı azaltmasa, OPEC dağılacaq”

İqtisadi ekspert PİA.az-a açıqlamasında bildirib ki, OPEC toplantısı öncəsi daha nikbin fikirlər səsləndirilsə də, onların əksəriyyəti reallaşmadı. Neft hasilatının 1.2 milyon barel azalmasına qərar verildi. Lakin bu oktyabrda hasil olunan maksimum neft həddindən sonra ciddi təsirə malik deyil. Bu toplantıdan sonra birjada müəyyən ajiotaj yaransa da sonradan onlar da bu qərarın ciddi təsiri olmayacağını anladılar:

“Əslində gözləntilərdən kənar bir şey baş vermədi. Hətta əldə olan razılaşmaya baxarsaq, gözləntilərdən aşağı bir toplantı oldu. OPEC-ın hasilatı 1.3 milyon barel azaldılması ilə bağlı qərar çıxacağı gözlənilirdi. Rusiya və digər ölkələrin hasilatı 400 min barelə qədər azalda biləcəyi ilə bağlı söhbətlər gəzirdi. Amma bunlar baş vermədi və oktyabr ayının maksimal həddindən neftin cəmi 1.2 milyon barel azalması ilə bağlı qərar qəbul olundu.

Bu qərar da müvəqqətidir. İyun ayının 1-nə qədər cəmi 6 ay qüvvədə olacaq. Bu hasilatın azaldılmasında 800 min barel OPEC-ın payına, 400 min barel isə Rusiya və digər OPEC-ə daxil olmayan ölkələrin payına düşür. Azərbaycanda həmin sıraya daxildir. Bu azalma oktyabr ayının maksimal həddinə nisbətdə o qədər də ciddi təsirə malik deyil. Oktyabr ayında ölkələr maksimum səviyyədə neft hasil etməklə məşğul idilərsə, indi artıq həmin səviyyədən aşağı düşməli olacaqlar.

Oktyabr ayı üçün Səudiyyə Ərəbistan 1.2 milyon barel, Rusiya isə 1.1 milyon barel neft hasil edib. Bu ilin yanvar ayının OPEC hasilatından daha çox neft hasil olunacaq. Oktyabr ayı əsas götürüldüyündən bu bazarlarda ciddi təsirə malik olmayacaq. OPEC qərarından 2 saat sonra birjalarda neftin qiyməti kəskin qalxsa da, sonradan birja oyunçuları anlaşmanın o qədərdə ciddi təsiri olmayacağını anladılar.

Ona görə də neftin qiymətində enmələr müşahidə olundu. Neftin qiyməti 63 dollara qədər qalxmışdı, indi isə 61 dollara qədər düşüb. Neftlə bağlı ajiotaj yaradılması üçün OPEC toplantısı vacib idi.

Natiq Cəfəli: “Obrazlı desək, bu toplantındakı geosiyasi oyun heç-heçə bitdi”

Sözlü müdaxilələrlə qərarın verilməsi müəyyən dərəcədə sabitliyin yaranmasına kömək etdi. Amma bu konfrans neftin qiymətinin orta və uzunmüddətli dövrdə ən azından yuxarı qaldırılmasına yeterli deyil. Neftin qiymətinin qalxması üçün digər hadisələr baş verməlidir. Ona görə də bu qərar qiymətin artırılmasına kömək etməyəcək. Hər halda bəzi brend markalı neft qiymətlərinin müəyyən müddət sabitləşməsinə kömək edə bilər.

Hər şey OPEC-ə daxil olmayan ölkələrin, əsas da ABŞ-dın hasilatından asılı olacaq. Son üç ildə ABŞ hasilatın tez-tez artdığı ölkədir. 2016- ci ildə ABŞ-da gündəlik hasilat 8.6 milyon idisə, indi 11.14 milyon bareldir. Elə tək ABŞ-da son 2 dildə hasilatda 3 milyon barelə yaxın artım olub. Əgər ABŞ-da hasilatın artımı bu templə davam etsə, qiymətin aşağı enmə trendi davamlı olacaq. Qiymətin 60 dollardan da aşağı düşməsinə şahid ola bilərik.

Açığı 2019-ci ildə neftin qiyməti bir çox məsələlərdən asılı olacaq. Qiymət diapozonu tək iqtisadi məsələlərdən asılı deyil. Geosiyasi, geohərbi məsələlərdə qiymətlərə təsir edir.Əgər dünyanı gərginliyə salacaq hadisələr, müharibələr baş verməsə, qiymətlərin sıçrayışı gözlənilmir.

Natiq Cəfərli: “Hər şey OPEC-ə daxil olmayan ölkələrin, əsas da ABŞ-ın hasilatından asılı olacaq”

Ticarət savaşı ilə OPEC toplantısı fərqli müstəvidədi. Çünki ticarət savaşları ABŞ-a sərf edəcək ticarət müqavilələrin bağlanması üzərində qurulub. Amma OPEC-də vəziyyət tamam başqadır. Düzdür toplantı öncəsi Trampın tvitləri, ABŞ-ın rəsmi mövqeyi hasilatın azaldılmaması istiqamətində idi. Səudiyyə Ərəbistanın qərarı mühüm rol oynayırdı və ona müəyyən təzyiqlər vardı. Amma Səudiyyə də başa düşürdü ki, ABŞ-ın dediyini etsə və hasilatı azaltmasa, OPEC dağılacaq. Artıq bu təşkilatın bir mənası qalmayacaq.

Bu toplantıdan 2 gün öncə Qatar bu təşkilatı tərk elədi. Ona görə də müəyyən addımlar atmağa məcbur idi . Məncə bu qərar ABŞ-Səudiyyə Ərəbistan arasında gərginlik yarada bilər. Amma gələcəkdə Səudiyyənin ABŞ-ın istəyinə uğun olaraq atacağı addımlar neft bazarında sabitliyin formalaşmasında müəyyən rol oynayacaq. Çünki Səudiyyə Ərəbistan ABŞ kimi ölkə ilə konfliktə girmək istəməz.

Bu qərar Rusiyanın istəklərinə də uyğun olmadı. Rusiya bir illik saziş istəyirdi. Özünün yox, OPEC ölkələrinin hasilatı azaltmasını tələb edirdi. Amma bu da alınmadı. Deməli obrazlı desək, bu toplantındakı geosiyasi oyun heç-heçə bitdi”.

Sübü ƏZİZOVA

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Sumqayıtda yanğında ölən qadının kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar