Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O bayraq oradan yığışdırılmalıdır...” - Açıqlama

“Bu tip problemlər zaman-zaman ortaya çıxacaq və Azərbaycan tərəfinin də vəzifəsi odur ki, bunu aradan qaldırsın”. Bu sözləri Yenisabah.az-a Ümid Partiyasının sədri İqbal Ağazadə Qarabağdakı separatçı rejimin postlarda bayrağını asmasına münasibət bildirərkən deyib.

Bu gün sosial şəbəkələrdə Ağdamın Paprəvənd kəndindən video yayılıb. Videoda Ağdərə yolunda ermənilərin qurduğu postda separatçi rejimin bayrağının asıldığı görünür.

İqbal Ağazadə bildirir ki, ermənilər bütün səylərini səfərbər edərək Qarabağdakı mövqelərini qorumağa və buranı Azərbaycanın deyil, müstəqil bir ərazi kimi təqdim etməyə çalışacaqlar. “Azərbaycan tərəfinin vəzifəsi odur ki, o bayrağın çıxarılmasını sülhməramlı missiyasını üzərinə götürən tərəfin diqqətinə çatdırmalıdır. Eyni zamanda orada idarəetmə formasının necə olması, Azərbaycanın idarəçili çərçivəsində hansı məsələlərin həll edilməli olduğunu ardıcıl, sistemli şəkildə müəyyənləşdirməlidir”, - deyə partiya sədri əlavə edib.

İqbal Ağazadə hesab edir ki, həm ictimaiyyətin, həm də dövlətin maraqlarına uyğun olaraq bu tip məsələlər masa üzərində həll ediləcək. “Müharibə yeni bitib. Qarşı tərəfdə də hələ anlaşılmazlıq hökm sürür. Dağlıq Qarabağda idarəçiliyin hansı formada həyata keçiriləcəyi barədə sənəd yoxdur. 9 noyabrda imzalanmış sənəd sadəcə bəyanatdır. Bundan sonra konkret sənədlər olmalıdır. Yəqin ki, bunlar masa üzərində işlənilir və ya işlənilməlidir. Azərbaycan tərəfi də bu məsələlərdə bayraq və bu kimi problemləri nəzərə almalı, bütün bunların Azərbaycan qanunlarına ziddi olduğunu diqqətə çatdırmalı və problemin aradan qaldırılmasına nail olmalıdır”, - deyə Ümid sədri vurğulayıb.

Həmsöhbətimizin fikrincə, bu tip məsələlərə görə panikaya düşməyə ehtiyac yoxdur. “Bəzən panikaya düşüb ziyanımıza olan bəyanatlar səsləndirirlər. Bunu əvəzinə problemin həllinə çalışmaq daha məqsədəuyğundur. Unutmamalıyıq ki, cəmi iki ay əvvəl o bayraq Qarabağın hər yerində dalğalanırdı. Amma indi əhəmiyyətli hissəsindən yığışdırılıb. Az bir hissədən də yığışdırılması üçün yollar aranmalıdır.

Görürəm bəzən belə mülahizələr irəli sürülür ki, indi vəziyyət daha qorxuludur, orada yaşamaq olmaz və s. Bu gələcəkdə orada yaşamaq istəyənlərə psixoloji basqı effekti verə bilər. Belə şeylərə yol vermək olmaz. Bu məsələ milli birlik çərçivəsində vətəndaşlarımızda qorxu yaratmadan həllini tapmalıdır.

O bayraq oradan yığışdırılmalıdır və inanıram ki, belə də olacaq”, - deyə İqbal Ağazadə vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə edilib    

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Başqa ölkənin vətəndaşlığını alan belaruslar polisdə xidmət edə bilməyəcək    

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Ermənistanda rus dilinə yaşıl işıq... - Rusiyanın könlünü almaq istəyirlər?

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Ən çox oxunanalar