Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Din xadiminin evindən 100 min manat, xeyli qızıl və silah oğurlandı - Yenilənib




Fevralın 1-də Qafqaz Müsəlmanları İdarəsinin Salyan və ətraf 6 rayon üzrə nahiyə qazısı Hacı Hüsnü Həsənovun evi qarət edilib


PİA.AZ bildirir ki, virtualaz.org saytının Salyandakı mənbələrdən əldə etdiyi xəbərə görə, oğru və ya oğrular nüfuzlu din xadiminin rayonun Qarabağlı kəndindəki evindən 100 min manatdan çox nağd pul, külli miqdarda qızıl-zinət əşyaları, habelə müvafiq lisenziyaya malik “Vinçester” markalı bir ədəd ov tüfəngi aparıb.

Oğrular (və ya oğru) Hacı Hüsnü Həsənovun ailə üzvləri ilə birlikdə İranda səfərdə olmasından istifadə edərək sahibsiz mənzilə daxil olublar. H.Həsənov qonşu ölkəyə müalicə məqsədi ilə gedibmiş.

Məlumatda o da deyilir ki, oğurluq faktı ilə əlaqədar Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

H.Həsənovun imkanlı şəxs olduğu, həmin pulları halal zəhmətlə qazandığı deyilir. Belə ki, din xadiminin həm də fermer təsərrüfatı, istixanası var, o, əsasən tərəvəzçiliklə məşğul olur. O da bildirilir ki, H.Həsənovun Rusiyada yaşayan digər qardaşı Adəm Həsənov da bizneslə məşğuldur. Başqa bir qardaşı Knyaz Həsənov isə bir vaxtlar Salyan RPŞ-də rəis müavini olub, hazırda Masallı RPŞ-də çalışır.

Virtualaz.org saytı bu xəbərə aydınlıq gətirmək üçün Salyan Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bu barədə heç bir əlavə məlumat vermək istəmədilər: “Bu haqda heç bir məlumat verə bilmərik”.

***

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Salyan və ətraf 6 rayon üzrə qazısı Hacı Hüsnü Həsənovun evindən külli miqdarda qızıl-zinət əşyaları və şəxsi silahı oğurlanıb.

PİA.AZ xəbər verir ki, Hacı Hüsnü Həsənov APA-ya açıqlamasında bildirib ki, yanvarın 31-də səhər saatlarında naməlum şəxslər (və yaxud şəxs) pəncərədən evə girib.

Onun sözlərinə görə, oğrular evdən təxminən 100 min manat dəyərində qızıl-zinət əşyaları və rəsmi sənədi olan “Vinçester” markalı silahını aparıblar. Həmin vaxt ailəsi ilə İranda müalicədə olduğunu deyən QMi nümayəndəsi bildirib ki, hadisə baş verərkən evdə heç kim olmayıb. O, evində nağd pul olmadığı üçün pul oğurluğu olmadığını da bildirib: “100 min manat pulun oğurlandığı barədə məlumat həqiqətə uyğun deyil”.

O, hadisə barədə polisə müraciət etdiyini, oğurluq törətmiş şəxslərin tapılması üçün axtarışlara başlanıldığını bildirib: “Dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim. Salyan Rayon Polis İdarəsindən rəhbərliyi başda olmaqla, hadisə yerinə gəldilər və lazımı qeydlərini götürüb getdilər".

H.Həsənov onu da bildirib ki, heç kimlə şəxsi ədavəti, yaxud problemi olmadığı üçün konkret kimdənsə şübhələnmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

Ən çox oxunanalar