Livanın “Hizbullah” şiə hərəkatı oktyabrın 9-da İsrailə 360 raket atıb...
Poliqon xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, oktyabrın 9-u saat 23:00-a olan məlumata görə, “Hizbullah” tərəfindən atılan təxminən 220 mərmi Livan-İsrail sərhədindən keçib. Ümumilikdə gün ərzində hərəkat qonşu dövlətə doğru 360 raket atıb.
Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” kod adlı önləyici hücum əməliyyatına başladığını elan edib. Sentyabrın 28-də İsrailin hava zərbəsi ilə “Hizbullah” lideri Həsən Nəsrullahı öldürdüyü məlum olub.
Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki “Hizbullah” hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib.
Poliqon.info