Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Krımın statusu məsələsi Moskva ilə Ankara arasında fikir ayrılıqları qalır, lakin Rusiya türkiyəli dostlarını öz mövqeyinin düzgünlüyünə inandırmaq üçün əlindən gələni edir...

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya məxsus olması ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Bu mövzu türkiyəli dostlarımızla aramızda mövcud olan fikir ayrılıqları kateqoriyasına aiddir. Biz öz nöqteyi-nəzərimizi türkiyəli dostlarımıza və həmkarlarımıza izah etməyə davam etmək cəhdlərimizdən əl çəkmirik. Ümid edirik ki, bu, zaman keçdikcə Ankaraya bizi daha yaxşı başa düşməyə, bizim arqumentlərimizlə razılaşmağa imkan verəcək. Biz Türkiyə ilə münasibətlərimizi, tərəfdaşlığımızı inkişaf etdirməyə davam edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ərdoğan sentyabrın 11-də Ukraynanın “Krım platforması” adlı təbliğat tədbirində videomüraciətlə çıxış edib. O, Ukraynanın Krım üzərində nəzarətini beynəlxalq hüququn tələbi adlandırıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Ən çox oxunanalar