Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib

Şəkərli diabet xəstələrinin insulin və dərman preparatları ilə təminatında problem yaranıb...

Bununla bağlı APA-ya müraciətlər daxil olub. Belə ki, apteklərdə şəkərli diabet xəstələrinə lazım olan insulin və dərman preparatlarının tükəndiyi bildirilir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq deyib ki, yaxın günlərdə şəkərli diabet xəstələrinə insulin və dərman preparatlarının paylanılması təmin ediləcək.

TƏBİB rəsmisi Azərbaycanda şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatının “Şəkərli diabet xəstəliyi üzrə” Dövlət Proqramı çərçivəsində həyata keçirildiyini xatırladıb.

O qeyd edib ki, diabet xəstələrinə verilməli olan insulinin, həblərin və özünənəzarət vasitələrinin miqdarı Nazirlər Kabinetinin müvafiq qərarında əks olunan normativlər əsasında hesablanır, eyni zamanda, tibb müəssisəsinin təqdim etdiyi tələbnamə əsasında vətəndaşlara təqdim olunur.

“Cari ay üzrə müəssisələrdən təqdim olunan tələbnamə əsasında dərman vasitələrinin və preparatlarının satınalması həyata keçirilib. Şirkət tərəfindən artıq həmin dərman vasitələri idxal olunub. Sənədləşmə prosesləri qısa müddət ərzində başa çatdıqdan sonra dərman vasitələrinin əhaliyə paylanmasına başlanılacaq”, - Zamirə Ədilova əlavə edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

Ötən gün 38 kq-a yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ən çox oxunanalar